Allah Peyğəmbərimiz Hz. Muhəmmədi (səv) seçmiş və ona hökmü qiyamətə qədər keçən Quranı vəhy etmişdir. Hz. Muhəmməddən (səv) sonra bir peyğəmbər göndərilməyəcəyi yenə Quranda bildirilmişdir.
Peyğəmbərimiz (səv) Qurana tabe olmuş, insanlara da Quran oxumalarını və yalnız Quranın hökmlərini əsas almalarını nəsihət etmişdir. Ayələrdə belə buyurulur:
De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?” (Ənam surəsi, 50)
Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır! (Yunis surəsi, 109)
Peyğəmbərimiz (səv) səhabələrinə də Quran oxumalarını və Qurandan kənar hökm verməmələrini nəsihət etmişdir:
Sənə Allahdan qorxmağı tövsiyə edirəm. Çünki o qorxu bütün işlərin zinətidir. Sənə Quran oxumağı, Allahı zikr etməyi tövsiyə edirəm. Çünki o, sənin səmada anılmana səbəbdir. Yer üzündə isə sənin üçün bir nurdur. (Hz. Əbubəkr (rə) / Ramuz əl-əhadis, Əhməd Ziyaüddin, Gümüşxan evi, 1-ci cild, səh 157, 4-cü maddə)
İnsanlara nə olur ki, Allahın kitabında olmayan şərtləri qoşurlar. Cənabi-Haqqın kitabında olmayan şərt yüz də olsa batildir. Allahın hökmü əməl edilməyə daha layiq, şərti isə daha sağlamdır. Haqq azad edənindir. (Hz. Aişə (rə) / Ramuz əl-əhadis, 1-ci cild, səh. 82, no 11)
Quranı daşıyan İslamın bayrağını daşıyan kimidir. Kim ona ikram edərsə, Allaha ikram etmiş olar. Hər kim də onlara xəyanət edərsə, Əziz və Cəlil olan Allahın lənəti onun üzərinə olsun. (Hz. Əbubəkr (rə) / Ramuz əl-əhadis, 1-ci cild, səh 272, no 10)
Hədislərdən göründüyü kimi, Peyğəmbərimiz (səv) möminlərin bir işi edib-etməməyini istəyərkən yalnız Quranı rəhbər tutmuşdur. Onun hər sözü Qurana əsaslanır. Necə ki, Peyğəmbərimiz (səv) haqqında ayədə “…Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu, Rəbbiniz tərəfindən aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir” (Əraf surəsi, 203) şəklində buyurulur. Məsələn, qövmü qadınlar haqqında Peyğəmbərimizin (səv) hökm verməsini istəmişdir. Buna qarşı ayədə “…Onlar barəsində fitvanı sizə Allah verir…” (Nisa surəsi, 127) cavabı verilir. Eyni şəkildə, ondan həmçinin mirasla bağlı hökm istəmişdirlər. Bu barədə isə“Atası və övladı olmayan şəxsin mirası haqqında Allah sizə fitva verir “ (Nisa surəsi, 176) ayəsi nazil olmuşdur. Bir başqa Quran ayəsində bildirildiyi kimi, ona: “Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir” (Yunis surəsi, 15) –deyənlərə hz. Muhəmmədin (səv) belə dediyi xəbər verilir:
Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, böyük günün əzabından qorxuram.(Yunis surəsi, 15)
Dolayısilə, Rəsulullahın (səv) sünnəsi Quranın həyatda tətbiq edilməsidir. Buna görə, Allah Peyğəmbərimizə (səv) itaəti imanın bir şərti olaraq bildirir və bir ayədə peyğəmbərə itaətin Allaha itaət olduğunu buyurur (Nisa surəsi, 80). Peyğəmbərimizin (səv) sünnəsinə əməl edən, əslində, Quranın hökmlərini yerinə yetirmiş olur. Çünki Peyğəmbərimizin (səv) hər hərəkəti, hər qərarı və hər danışığı Qurana əsaslanmışdır. Peyğəmbərimiz (səv) bir hədisində belə buyurub:
Mənə itaət edən Allaha itaət etmiş olur. Mənə üsyan edən də Allaha üsyan etmiş olur. Əmrə itaət edən mənə itaət etmiş, əmrə üsyan edən də mənə üsyan etmiş deməkdir. (Ramuz əl-əhadis, Əbu Hüreyrə (rə), 2-ci cild, səh. 405, 5-ci maddə)

