Quran necə oxunar?

Quran rəhbərdir

Quran rəhbərdir. Yalnız xüsusi günlərdə deyil, hər gün, hər gecə, hər saat oxuna bilər. Hər vəziyyətdə; ayaq üstə, oturarkən və uzanmış halda oxuna bilər. İnsanlar Quranın təhrif edilmiş tərcümələrinə və xurafatçı düşüncələrə görə əsrlər boyu Qurandan uzaq qalmışdır. Məsələn, insanların çoxu Quranı istədiyi vaxt və istədiyi yerdə əlinə alıb oxuya biləcəyini bilmir. İnsanların böyük hissəsi Quranın yalnız müəyyən şərtlərdə oxunacağına inanır.

Halbuki bu, böyük yanlışdır. Quran hər zaman və hər vəziyyətdə oxuna bilər. Quran oxunanda bircə şey edilməlidir: şeytandan Allaha sığınmaq.

Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın. (Nəhl surəsi, 98).

Bundan başqa hökm yoxdur.

“Ali İmran” surəsinin 191-ci ayəsində ayaq üstə olanda, oturanda, uzananda və s. bunun kimi hallarda möminlərin Allahı zikr etdiyi göstərilir.

Allah bizə Quranı zikr olaraq bildirmişdir. Məsələn, “Taha” surəsinin 99-cu ayəsində: “Artıq sənə Öz tərəfimizdən Zikr vermişik”, -buyurulur. Hər iki ayəni birlikdə götürsək, qəti və dəqiq nəticə çıxır ki, Quran ayaq üstə olanda, oturanda, uzananda, yəni hər vəziyyətdə oxuna bilər.

İnsan yaradılış məqsədini, Rəbbimizin rizasını, rəhmət və Cənnətini qazanmağın yollarını, Allahın yaradılış sirlərini, gözəl əxlaqı və daha bir çox şeyi ancaq Qurandan öyrənə bilər. Bu səbəblə, mömin heç bir yerdə Qurandan uzaq qalmamalıdır. Mömin Quranı yatağının başında, kompyuterində, mobil telefonunda və s. hər yerdə saxlaya bilər.

Quran oxumaq üçün qüsl almağa, dəstnamaz almağa, üzü qibləyə oturmağa və ya başqa heç bir xüsusi şərt yoxdur. Elmi kitab kimi yanaşmaq lazımdır, adi kitab necə oxunarsa elədə oxuya bilər, əsas diqqətli oxumaq analiz etmək, zəmanəmizə uyğun düşünmək və oxuduqlarını təfəkkür etməlidir. İmtahan hazırlaşar kimi hər nöqtəsinə qədər diqqətlə öyrənməli, imtahanda ən yüksək nəticə ala bilmək kimi çalışmalıdır. Qurandakı mövzulara hakim olmalıdır. Quran bir başdan sonra sırayla oxunduğu kimi, mövzulara görə də araşdırmalı oxumaq lazımdır, Quranı əzbər bilmək lazımdır, Quran Hafizi olmaq, ərəbcəsini əzbərləmək deyil, mənasını əzbərə bilməkdir, yəni kimsə qurandan sual versə, bu mövzuda bütün ayələri deyə bilməkdir.

Məzhəbçilərin səhv tərcümələrini yox, doğru tərcümə oxunmalıdır, Çünki məzhəbçi xurafatçılar quranı dəyişə bilmədilər deyə, tərcümələrini dəyişdilər. www.ayeaxtar.com saytında ən düzgün tərcüməni oxuya bilərsiz, ayrıca quranda axtarış etmək, mövzulara və sözlərə görə də oxuya bilərsiz ayələri, eyni zamanda səsli quranda dinləyə bilərsiniz.

Lakin Quranı yalnız müəyyən şərtlərdə oxunmasına çalışanlar isə Qurandakı həqiqi İslamla heç bir əlaqəsi olmayan, xurafatçı və şirkə düşmüş insanlardır.