Quran müsəlmanlığı

İslam ilə xurafatın fərqi

İslam və xurafat bir-birindən tamamilə fərqli, hətta bir-birinə tamamilə zidd iki müxtəlif dindir. Lakin kifayət qədər məlumatı olmayan insanlar çox vaxt xurafatı İslama bərabər hesab edilirlər.

Bu gün müsəlman aləminin böyük hissəsində yaşanan dinin adı İslam olsa da, əslində, Qurani-kərimdən və Peyğəmbərimizin (səv) dediklərindən uzaq, uydurmalara əsaslanan xurafat dinidir.

Xurafat və əsl İslam, yəni Quran müsəlmanlığı arasındakı fərqi əsas yönləri ilə nəzərdən keçirək.

İslam dininin yeganə həqiqi və etibarlı mənbəyi Allahın Kitabı Qurandır. Peyğəmbərimiz (səv) Quranı tətbiq etmiş, insanlara çatdırmış, Qurana əməl edilməsini əmr etmiş və sünnənin Quran olduğunu bildirmişdir. Xurafat dininin isə minlərlə fərqli mənbəyi var. Bu etibarsız mənbələr bunlardır: Peyğəmbərimizə böhtan ataraq ona aid olduğu deyilən yüz minlərlə uydurma hədis… İslam alimi kimi tanıdılan insanların din adından ortaya atdıqları uydurma qayda və qadağalar, yanlış Quran şərhləri… Xurafatlara, batil adət və ənənələrə əsaslanan yanlış inanc, hökm və tətbiqlər…

Halbuki Allah insanların din məsələsində yalnız Qurandan məsul olduqlarını açıq şəkildə bildirmişdir:

Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 44)

Xurafatçılar Quranın (haşa) başa düşülməyən, üstüörtülü və əskik olduğunu, onu başa düşmək üçün yuxarıda bəhs etdiyimiz saysız-hesabsız mənbəyə ehtiyac olduğunu müdafiə edirlər. Halbuki Quranın açıq-aydın və yetərli olduğunu söyləyən Allahdır. Allah bir çox ayədə Quranın çox aydın və qüsursuz olduğunu, başqa heç bir mənbəyə ehtiyac olmadığını xəbər verir. Bu ayələrdən bəziləri bunlardır:

Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? … (Ənkəbut surəsi, 51)

Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! … (Ənam surəsi, 114)

… Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir. (Ənam surəsi, 38)