Quran müsəlmanlara bələdçi və rəhmət olaraq endirilmişdir

Allahın ayələrini kifayət bilməyənlər

Quranda Allahın ayələrini kifayət hesab etməyib uydurma sözlərə inananlardan da bəhs edilmişdir:

Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan sonra hansı sözə daha inanacaqlar?! (Casiyə surəsi, 6)

Allah ziddiyyətlərlə dolu olan izahlara qarşı Allahın dəyişməyən hökmü və İslam dininin haqq kitabı olan Quran üzərində düşünməyə dəvət edir:

Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsa idi, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)

Quranın tərk edilməsi, Qurandakı İslamın yetərli görülməməsi və yeni din axtarışının başlanması bərabərində qarışıqlığı, anlaşılmazlığı və ədavəti də gətirir. Quranı tənqid edib uydurduqları dini yaymaq istəyənlər yenə xurafatdan istifadə edərək gələcək nəsilləri Qurandan uzaqlaşdırmaq üçün müəyyən tədbir alıblar.