İslamı qəbul etməyə, onun qanunlarını tətbiq etməyə insanların heç bir şəkildə məcbur edilə bilməyəcəyi Quranda qəti şəkildə bildirilir.
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan fərqlənir…” (Bəqərə surəsi, 256)
“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf surəsi, 45)
“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?” (Yunus surəsi, 99)
“(Onlara) nəsihət ver! Sən ancaq öyüd-nəsihət verənsən. Sən onların üstündə hökmdar deyilsən” (Gaşiyə surəsi, 21-22) ayələri bu məsələ ilə bağlı bir çox ayədən yalnız bir neçəsidir. Ancaq bu bir neçə ayə də Quranda nəinki təzyiqə, zorakılığa, terrorizmə, hətta inanc və ibadətlərə müdaxilə məsələsində belə ən kiçik bir məcburiyyətə icazə verilmədiyinin bariz sübutudur.
