Zumər surəsi, 27-ci ayə. “And olsun,” deyir Allah, and içir. “İnsanlar öyüd alsınlar deyə Biz bu Quranda onlar üçün hər cür misal çəkdik.” Ayədə deyilən, insanlara Quranla təbliğ etməkdir, onlara öyüdü ancaq Quranla edin deyilir. Bəlkə öyüd alıb düşünərlər deyir. Həm öyüd alıb, həm də düşünəcək. Deməli, Quran beyni çox işlədən kitabdır, Quran beyin kitabı, ağıl kitabıdır. Quranı oxuyub dərindən düşünmək, təfəkkür etmək lazımdır. Quran insan zəkasını, insan ağlını da çox artıran, inkişaf etdirən kitabdır. Mühakiməni çox inkişaf etdirər. Çox güclü məntiqin inkişafına səbəb olar. Beyni çox sağlam hala gətirər və insanın çox ağıllı olmasını təmin edər. Lakin Quran ayələrini diqqətlə oxuyub, dərin təfəkkür edib, onun içindəki sirləri tapmağa çalışmaq lazımdır. O zaman ağıl fövqəladə dərinlik qazanar. İnsanın ruhunda fövqəladə inkişaf olar. Zəkasında, anlayış gücündə də fövqəladə inkişaf olar. Quran beyin sağlamlığını da çox ciddi şəkildə müsbət inkişaf etdirən ən effektiv kitabdır, inşaAllah. O zaman insan metafizik varlığa çevrilir və beyin gücü inkişaf edir, bəsirət gözü açılır və gözündəki pərdə qalxır. Allah o insana furqanı (haqq ilə batili ayırma gücü) verir və insanın dünyaya baxışı dəyişir, inşaAllah.
Quran insan ağlını, mühakimə qabiliyyətini artırar

