Quran: “Sizin ilahınız tək olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. O, Rəhmandır, Rəhimdir!” (Bəqərə surəsi, 163)
İncil “Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin.” (1 Timoteyə, 1/17)
Tövrat “Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, Onu yaşamaq üçün qurdu. O deyir: ‘Mən Rəbbəm, başqası yoxdur!’” (Yeşaya, 45/18)
