Allah Quranı bütün aləmlərə və bütün zamanlara bir yol göstərici olaraq endirmişdir. Bir ayədə belə deyilir
Bu (Quran), insanlar üçün bir bəyan, müttəqilər üçün hidayət (doğru yolu göstərən) və nəsihətdir. (Ali İmran surəsi, 138)
Allah, Quranda keçmiş hadisələrdən nümunələr verir ki, tarix boyunca yaşayan bütün insanlar bu hadisələrdən ibrət alsınlar və eyni səhvləri təkrarlamasınlar. Quranda izah edilən hadisələrin hər birinin bənzərlərinə isə indiki vaxtda da rast gəlmək mümkündür.

