Quran hər an əlimizdə olmalı olan bələdçimizdir

Quran həyatın hər anında və hər yerdə oxunmalıdır

Quran həyatın hər anında və hər yerdə oxunmalıdır. Lakin mövcud qanunlara görə, bir müsəlmanın Qurana toxunması belə mümkün deyil.

Halbuki “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın…” (Əhzab surəsi, 34) ayəsi ilə daima oxunan və hikməti yadda saxlanılan Quran təsvir edilir. Yenə başqa bir Quran ayəsində buyurulur ki, “Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır” (Bəqərə surəsi, 2). Bir kitabın yol göstərici olması üçün içindəki yol göstərən hikmətlər bilinməlidir. Eyni zamanda ayələrdə Quran barəsində aşağıdakı xüsusiyyətlər sadalanır:

Quran: ◉ yolu aydınladan işıqdır, ◉ doğrunu yanlışdan ayıran ölçüdür, ◉ ixtilaf içində olanlara dəlil və möcüzədir, ◉ qəlblərində mənəvi mənada xəstəlik olanlara dərmandır, ◉ sıxıntı içində olan inanc sahiblərinə müjdədir, ◉ bütün insanlar üçün nəsihət və xatırlatmadır, ◉ hər mövzunu ətraflı açıqlayan qanundur, ◉ düşünməyi dərinləşdirən yol göstəricidir, ◉ hər şeyi müxtəlif formalarda açıqlayandır, ◉ Ağıllı davrananlar üçün xəbərdarlıqdır, ◉ Anlaşılmazlıq içində olan insanları bir araya gətirəndir.

Bütün bunların reallaşması üçün ancaq Quranı oxuyub içindəki öyüdləri anlamaq lazımdır. Lakin xurafatı yaymağa çalışanlar ilk növbədə Quran oxumağın qarşısını alıblar. Quran oxumaq əngəlləndikdə müsəlman doğrunu yanlışdan ayıra bilmir. Bununla yanaşı, hədislərin doğru olub-olmadığını da Qurana görə anlamaq mümkün olmur. Bunun yerinə saxta hədislər qoyulanda isə Qurandan ayrı yeni din ortaya çıxır. Xurafat dini bu minvalla İslam dünyasına hakim edilmişdir.