Quran haqq olaraq endirilmişdir

Səcdə surəsi, 2-ci ayə, “Özündə şübhə olmayan bu Kitabın endirilməsi aləmlərin Rəbbi

Səcdə surəsi, 2-ci ayə, “Özündə şübhə olmayan bu Kitabın endirilməsi aləmlərin Rəbbi tərəfindəndir.” Yəni bəzi saxtakarların o uydurduğu kitab kimi deyil, Allahın Peyğəmbərə (s) endirdiyi haqq vəhyə əsaslanan, saf vəhyə əsaslanan kitabdır. “Yoxsa onlar: “Bunu uydurdu” mu deyirlər?” uyduranlar var, uyduran saxtakarlar var. “Xeyr; o, Rəbbindən olan bir haqdır; səndən əvvəl özlərinə bir xəbərdar edici gəlməmiş bir qövmü xəbərdar etməyin üçün (onu sənə endirdik). Ümid edilər ki, hidayət taparlar.” (Səcdə surəsi, 3) Allah Qatından endirilmiş haqq bir kitabdır.

İnsanların böyük hissəsi müsəlman olduqlarını deyirlər. Ancaq bunu deyən insanların bir çoxu İslamın haqq kitabı olan Quranı bir dəfə olsun belə oxumayıblar. Halbuki, mübarək kitabımız Quran Allahın bizə Özünü tanıtdığı, dünya həyatının həqiqi məqsədini, axirəti, gözəl əxlaqın necə olduğunu açıqlayan vəhyidir.

Bir insanın Allahın ondan nə istədiyini bilmədən din haqqında şifahi şəkildə eşitdiyi məlumatlara qane olub yaşaması ağıl və vicdana uyğun deyildir. Allah Quranı oxumaq üçün endirdiyini “İsra” surəsində belə bildirir:

Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və qorxudan sifəti ilə göndərdik. İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədriclə, nazil etdik. (İsra surəsi, 105-106)

Quran bütün kitablardan üstündür və içindəki məlumatlar gəlib-keçmiş bütün bilgilərin üzərindədir. Quranı səmimi niyyətlə oxuyan hər insan ayələrdə bildirilən möcüzələri, bənzərsiz hikmət və üstünlüyü görərək hidayətə çatır. İnsanlar inanıb-inanmasalar da, Quran aləmlərə öyüddür və Rəbbimizin möcüzəsidir. Ayədə belə buyurulur:

De: “İstər inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar. Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin əmri mütləq yerinə yetəcəkdir!” – deyərlər. Onlar üzüstə səcdəyə qapanıb ağlayar, onların itaətini daha da artırar. (İsra surəsi, 107-109)

I … Bir insan yaşından asılı olmayaraq, heç bir zaman Quranı oxuyub anlaması və içində yazılanlara əməl etməsi üçün gec qalmış sayılmaz. Buna görə də insan şeytanın “bu günə qədər etməmisən, bundan sonra etməyinin faydası yoxdur” kimi vəsvəsəsinə aldanmamalı, buna bənzər təlqinlərə qarşı da diqqətli olmalıdır. Allah hər bir insanı son halından məsul tutacaqdır. Əgər insan həqiqətləri görüb Allaha və Qurana yönəlməklə Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün yaşamağa başlayarsa, Allah keçmiş günahlarının tövbəsini qəbul edər.

Elə isə bir gün öləcəyini və axirətdə sonsuz həyata başlayacağını bilən hər insan ağıl və vicdanla düşünüb həyatını necə yaşayacağı haqqında qəti qərar verməlidir. Ağıl və vicdana uyğun olan isə insanın ömrünü Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün keçirməsi və Onun əmrinə tabe olmasıdır. Allah Quranda belə buyurur:

Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Kəhf surəsi, 27)