Quran gələcəklə bağlı hansı xəbərləri verir?

Quranda ayələri riyazi şəkildə araşdırmaqla əldə edilən digər bir möcüzə isə əbcəd hesablamasıdır.

Bu hesablama metodu çox qədim dövrlərə gedib çıxan və Quran nazil olmamışdan əvvəl geniş istifadə edilən bir yazı üsuludur. Ərəb, fars və türk tarixindəki bütün hadisələr hərflərə ədədi dəyərlər verilməklə yazılmış və beləliklə, hər bir hadisənin tarixi qeydə alınmışdır. Bu tarixlər istifadə edilən hər bir hərfin ədədi dəyərlərinin cəmlənməsi ilə əldə edilmişdir.

Qurandakı bəzi ayələr əbcəd metodu ilə araşdırıldıqda, bu ayələrin mənalarına uyğun olaraq müəyyən tarixlərə uyğun gəldiyini görürük. Ayələrdə qeyd olunan hadisələrin əbcəd hesablamaları ilə əldə edilən tarixlərdə baş verdiyini gördükdə, bu ayələrdə hadisə ilə əlaqəli gizli bir işarənin olduğunu başa düşürük. Diqqət çəkici əbcədlərə Qurandan verə biləcəyimiz bir neçə nümunə belədir:

Hz. Məhəmməd (s.ə.v)-ə vəhyin başlanğıc tarixi

Bu kitab (Quran) yenilməz qüvvət və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir. (Zumər surəsi, 1)

… Kitab Allahdandır …

Miladi: 610 (vəhyin başlanğıc tarixi)

İstanbulun fəthi

Bilindiyi kimi İstanbul dünyanın ən gözəl şəhərlərindən biridir və bu əbcəd dəyəri də son dərəcə diqqət çəkicidir.

Səba qövmü üçün məskunlaşdıqları yerdə ibrət olan iki bağları vardı. Onlardan biri sağ, digəri isə sol tərəfdə idi. (Onlara belə deyilmişdi:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! Gözəl bir diyar və bağışlayan bir Rəbb!” (Səba surəsi, 15)

… Gözəl bir diyar …

HİCRİ: 857, miladi: 1453

Aya çıxış tarixi

Saat (qiyamət) yaxınlaşdı və ay yarıldı. (Qəmər surəsi, 1)

… Saat və ay yarıldı …

HİCRİ: 1390 MİLADİ: 1969