Quran əxlaqı ilə yaşamaq uşaqları və gəncləri kamilləşdirir. Quran əxlaqına tabe olan gənclərdə laqeyd xarakter olmaz. Çox mülayim, itaətkar, dərin düşünən, fədakar, yaradıcı nəsil formalaşar. Dövlətə və millətə fayda vermək üçün həvəslə oxuyarlar.
Məktəblərdə nizam-intizam olar. Çox faydalı, səmərəli təhsil mühiti formalaşar. Müəllimlər və şagirdlər arasında itaət, hörmət və tolerantlıq üzərində qurulmuş münasibət yaranar. Şagirdlər və tələbələr dövlətə qarşı hörmətcil və itaətkar olarlar.
