Quran əxlaqında ana və ataya qarşı hörmət vardır. Allah Quranda belə bildirir:
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. (Loğman surəsi, 14)
Quran əxlaqının yaşandığı bir evdə dava, narahatlıq, dolanışıqsızlıq olmaz. Anaya, ataya və digər ailə fərdlərinə qarşı son dərəcə hörmətli bir rəftar göstərilər. Hər zaman müjdəli və sevincli bir mühitdə yaşanar.

