Quran əxlaqını yaşamağın nəticəsi

İnsan, yaradıldığı andan xoşbəxt və rahat yaşamaq istəyir

İnsan, yaradıldığı andan xoşbəxt və rahat yaşamaq istəyir. Allahın Quranda bildirdiyi əxlaq quruluşu, insanın fitrətinə ən uyğun həyatı təqdim edər. Quran əxlaqından kənar yolların hamısı insanın narahat həyat sürməsinə səbəb olar.

Yaşları, peşələri, ictimai mövqeləri hər nə olursa olsun, Quran əxlaqından uzaq cəmiyyətlərdə yaşayan insanların heç biri xoşbəxt və hüzurlu həyat yaşaya bilmirlər. Quran əxlaqını yaşamayan, yəni həyatlarını cahilcə davam etdirən insanların böyük səhvi budur; həlli Quranda axtarmamaq.

Bu şəxslər, düşdükləri vəziyyətin ürək açmaz bir hal aldığını açıq-aydın görürlər. Yaşadıqları həyat tərzinin, mənimsədikləri xarakter xüsusiyyətlərinin onlara istədiklərini vermədiyini, özlərini təmin etmədiyini və hətta çətinliyə saldığını həyatının hər anında hiss edirlər. Ancaq buna həll yolu olaraq cahilliyin təqdim etdiyi digər alternativləri sınayırlar, bu da yenə onlara bədbəxtlik və narahatlıq gətirir. Cahilliyə sistemlərinin bir-birindən heç bir fərqi yoxdur. Bəlkə insanlar, məkanlar və şərtlər dəyişə bilər amma yaşanan qayğılar və hədəflər həmişə sabit qalar. Məsələn cahil həyatına görə “fərqli” olmaq və ya “kübar cəmiyyət mədəniyyəti” ilə yaşamaq çox əhəmiyyətlidir. Ancaq bu iki həyat modeli hər nə qədər bir-birindən fərqli olsa da, hədəf həmişə eynidir: Dünya həyatına görə yaşamaq.

Halbuki dünya həyatı bağlanılmayacaq qədər qısadır. Dünya həyatında qazanılan heç bir şey əbədi qalmır. Ölümlə birlikdə dünya həyatındakı hər şey yox olacaq. Buna görə də, yalnız dünyəvi qazanclar əldə etmək üçün atılan hər addım insana böyük çətinliklər gətirir.

Allah insanlara xoşbəxt və rahat olmanın yollarını Quranda bildirmişdir: Bir insan ancaq Allaha yönəldiyi və Onunla dost olub, Rəbbimizin bəyəndiyi əxlaqı yaşadığında çətinliklərdən xilas ola bilər. Allah, bir ayəsində bu sirri belə bildirir:

Bunlar, iman gətirənlər və qəlbi Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlb ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28)

Quranda təsvir edilən mömin xarakterində çətinlik, narahatlıq, qayğı yoxdur. İman edənlər Quran əxlaqını yaşadıqları üçün dünyada gözəl həyat yaşayırlar, yaxşı ruh halında və xoşrəftar olurlar.

Quran əxlaqından uzaq yaşayan insanların xoşbəxt ola bilməməsinin və heç cür çıxış yolu tapa bilməməsinin bir səbəbi də yalnız insanların razılığını qazanmaq üçün yaşamalarıdır. Bir insan bütün doğrularını, səhvlərini və həyatını insanlara görə təyin edirsə, insanlar üçün yaşayır deməkdir.

İnsanlar üçün yaşamaq isə böyük çətinlikdir. Çünki hər insanın bəyənməsi fərqli ölçülər üzərinə qurulmuşdur. Bir insanın ətrafında yüzlərlə insan olduğunu düşünsək, bunların hər birini razı etmək üçün ayrı cəhd göstərmək lazım olacaq. Birinin razı olduğu rəftardan bir başqası razı olmayacaq. Bu isə, “insanlar üçün yaşayan” şəxslərin, “minlərlə fərqli tələbi eyni anda” qarşılaması deməkdir. Bu da qeyri-mümkün olduğuna görə, çətin həyat yaşamaq məcburiyyətində qalacaq.

Allah, iman etməyənlərin bu çətinliyinə Quranda belə nümunə verir:

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəldə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər surəsi, 29)

Uca Rəbbimiz, insanı və bütün digər varlıqları yaradandır. İnsanın necə xoşbəxt ola biləcəyini də yalnız Allah bilir. Bu vəziyyətdə insana kömək olan tək bir yol vardır: Allahın sonsuz ağlına təslim olmaq və Allahın razılığını qazanaraq yaşamaq.

Cahil xarakteri daşıyan insanların xoşbəxt ola bilməməsinin bir səbəbi də dünyada mövcud olma məqsədini unutmalarıdır. Halbuki insan Allahın ağlını, gücünü, sənətini və bütün digər üstün sifətlərini təqdir edə biləcəkmi, Ona lazımi kimi bəndə ola biləcəkmi, yoxsa bunları və yaradılış məqsədini unudub, dünya həyatına qapılacaqmı deyə imtahan olmaqdadırlar. Allah Quranda dünya həyatının bu həqiqətini belə bildirir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)

İnsanın bu şəkildə sınanması, həyatının hər anında davam edir. Məktəbdə, işdə, evdə, küçədə, tək ikən ya da izdihamda, xəstə ikən və ya sağlam olduğunda, dünyanın bir başqa ucuna da getsə orada da yenə imtahanı davam edir. İstisna olan tək bir anı belə yoxdur. Dediyi hər söz, etdiyi hər davranış və düşündüyü hər şey imtahanın bir parçasıdır.

İnsanın dünyada olub bitən hər hadisənin sınaq olaraq yaradıldığını unutması, təvəkkülsüz olmasına səbəb olur. Necə ki, dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez eşidilən “niyə belə oldu, kaş ki belə olmasaydı”, “işlər yolunda getmir”, “məhv olduq”, “bütün işlər tərs gedir”, “belə etməsəydim, bu cür olmazdı” və bunlara bənzər bir çox şikayət ifadələrinin altında bu həqiqətin unudulması yatır.

Taleni unutmanın və təvəkkülsüzlüyün nəticəsi isə, çətinlik və bədbəxtlikdir. İnsanların böyük bir hissəsi hadisələrin hikmətini düşünmədikləri üçün mənfi kimi görünən kiçik bir vəziyyətlə qarşılaşdıqlarında dərhal şikayət etməyə başlayırlar. Bunun nəticəsi olaraq da həmişə narahat, bədbəxt və çətin həyat yaşayarlar.

Halbuki insanın üzərinə düşən, Allahın yaratdığı hər andan razı olmasıdır. Tərslik kimi görünən hadisələr meydana gəlsə də, gözəl əxlaqda və Allaha olan təslimiyyətdə qərarlı olması və ən əhəmiyyətlisi yaradılış məqsədini unutmaması lazımdır. Quranda əmr edilən gözəl əxlaqı yaşayanlar, bu cür hadisələrdə göstərəcəkləri səbrin axirətdə və dünyada onlara gözəllik olaraq dönəcəyini bilmənin hüzuru və xoşbəxtliyini yaşayarlar.