Quran əxlaqını yaşamağın nəticəsi: Hüzur və xoşbəxtlik

Cahil xarakterin xoşbəxtliyə mane olması

Cahil xarakteri daşıyan insanların xoşbəxt ola bilməməklərinin bir səbəbi də dünyada mövcudluq məqsədlərini unutmalarıdır. Halbuki insan Allahın ağlını, gücünü, sənətini və bütün digər üstün sifətlərini təqdir edə biləcəkmi, Ona lazımi kimi qul ola biləcəkmi, yoxsa bunları və yaradılış məqsədini unudub, dünya həyatına qapılacaqmı deyə sınanmaqdadırlar. Allah Quranda dünya həyatının bu həqiqətini belə bildirir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk Surəsi, 2)

İnsanın bu şəkildə sınanması, həyatının hər anında davam edir. Məktəbdə, işdə, evdə, küçədə, tək ikən ya da izdihamda, xəstə ikən və ya sağlam olduğunda, dünyanın bir başqa ucuna da getsə orada da yenə imtahanı davam edir. İstisna olan tək bir anı belə yoxdur. Söylədiyi hər söz, etdiyi hər davranış və düşündüyü hər şey əskiksiz olaraq axirətdə qarşısına çıxacaq.

İnsanın dünyada olub bitən hər hadisənin sınaq olaraq yaradıldığını unutması, təvəkkülsüz rəftar göstərməsinə səbəb olur. Necə ki, dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez eşidilən “niyə belə oldu, kaş ki belə olmasaydı”, “işlər yolunda getmir”, “məhv olduq”, “bütün işlər tərs gedir”, “belə etməsəydim, belə olmazdı” və bunlara bənzər bir çox şikayətçi ifadənin altında bu həqiqətin unudulması yatır.

Taleni unutmanın və təvəkkülsüzlüyün nəticəsi isə, çətinlik və bədbəxtlikdir. İnsanların böyük bir hissəsi hadisələrin hikmətlərini düşünmədikləri üçün mənfi kimi görünən kiçik bir vəziyyətlə qarşılaşdıqlarında dərhal şikayət etməyə başlayırlar. Bunun nəticəsi olaraq da həmişə narahat, bədbəxt və çətin həyat yaşayarlar.

Halbuki insanın üzərinə düşən, Allahın yaratdığı hər andan razı olmasıdır. Tərslik kimi görünən hadisələr meydana gəlsə də, gözəl əxlaqda və Allaha olan təslimiyyətində qərarlı olması və ən əhəmiyyətlisi yaradılış məqsədini unutmaması lazımdır. Quranda əmr edilən gözəl əxlaqı yaşayanlar, bu cür hadisələrdə göstərəcəkləri səbrin axirətdə və dünyada özlərinə gözəllik olaraq dönəcəyini bilmənin dincliyini və xoşbəxtliyini yaşayarlar.