Quran əxlaqını hər an yaşamaq

İnsanlar Allahın rizasını və cənnəti yalnız Qurana iman gətirdiklərini bəyan etməklə

Yoxsa onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?! (Maidə surəsi, 50)

İnsanlar Allahın rizasını və cənnəti yalnız Qurana iman gətirdiklərini bəyan etməklə qazanmayacaqlar. Bu imanın həyata keçirilməsi, insanın gündəlik həyatının hər mərhələsində Quranı rəhbər tutması lazımdır. Əgər kitabı bilib tətbiq etməsə, “Özlərinə Tövrat yüklənən, sonra da onu daşımayanlar (ona əməl etməyənlər) çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər…” (Cümə surəsi, 5) ayəsində göstərilən kimi ola bilər. Mühüm olan məsələ hər mövzunu Quranın rəhbərliyi ilə düşünmək, bununla bərabər yaşadığı cahil cəmiyyətin adət və ənənələrini rədd etməkdir.

İnsan qınadığı hər şeyi yalnız Qurana zidd olduğu üçün rədd etməli, bəyəndiyi bir şeyi yalnız Qurana uyğun olduğu üçün bəyənməli, qarşılaşdığı hər hadisədə Quranın rəhbərliyi ilə qərar verib hərəkət etməlidir. Əlbəttə ki, bu dəyişiklik bir gündə ola bilməz. Quranın əvvəlcə öyrənilməsi, sonra da həyata keçirilməsi müəyyən bir vaxt tələb edir. Ancaq mühüm olanı bu dəyişiklik üçün niyyət etmək, sonra da qərarlı şəkildə davranmaqdır. Təbliğat aparan insanın üzərinə düşən vəzifə isə əvvəlcə təbliğ etdiyi insanın bu dəyişikliyə başlaması üçün onu yola gətirmək, sonra da onun Qurana keçid mərhələsində etdiyi səhvləri gözəl bir dillə açıqlayaraq həmin şəxsə kömək etməkdir.