Quran əxlaqında müsəlman kişi xarakteri

Quran əxlaqının geniş şəkildə yaşanmadığı cəmiyyətdə insanların xarakterini təyin edən fərqli

Quran əxlaqının geniş şəkildə yaşanmadığı cəmiyyətdə insanların xarakterini təyin edən fərqli faktorlar vardır. Buna nümunə olaraq “kişi dediyin…” deyə başlayan anlayış verilə bilər. Bu məntiqə görə, kişi xarakterinin ilk prinsipi daim “üstün” olmaqdır. Bu anlayışa sahib cəmiyyətdəki digər faktorlar da kişinin bu üstünlük iddiasını dəstəkləyəcək xüsusiyyətdədir. Qısaca, bu və buna bənzər məntiqin nəticəsi, gəncləri həqiqi mənada sevgi, hörmət, mərhəmət kimi üstün əxlaqi xüsusiyyətlərdən uzaqlaşdırır. Bütün bunlardan başqa gənclərə verilən təhsilin də əhəmiyyəti vardır. Bu da zamanla “haqlı olanın deyil, güclü olanın üstün olduğunu müdafiə edən, zəif və aciz insanların cəmiyyətdən silinməsini nəzərdə tutan, insanlara şəfqətsizlik, qəddarlıq, mənfəətçilik təlqini edən” darvinist təlimlərin gənclərə sistematik olaraq təbliğ edilməsidir.

Bir müsəlmanın, rəftarına və əxlaqına nümunə götürmək üçün ən ideal insan peyğəmbərlərimizdir. Rəbbimiz, Hz. Məhəmmədin gözəl nümunə olduğunu bir ayədə belə bildirməkdədir:

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir! (Əhzab surəsi, 21)

Peyğəmbərimizi görməmiş olsaq belə, Quran ayələrindən gözəl davranışını, danışığını, göstərdiyi gözəl əxlaqı görə bilər, ona bənzəmək, axirətdə onunla yaxın dost ola bilmək üçün əlimizdən gələni edə bilərik. Peyğəmbərimiz Hz. Məhəmməd kimi digər peyğəmbərlər də, Allahın möminlər üçün nümunə göstərdiyi, Allahın razı olduğu kəslərdir. Allah, Yusif surəsində belə bildirməkdədir:

Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlki (ilahi kitabların) təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!… (Yusif surəsi, 111)

Peyğəmbərimizin çox gözəl əxlaqa sahib olduğunu Allah Quranda belə bildirmişdir:

Və, həqiqətən səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir! Doğrudan da, sən böyük bir əxlaq sahibisən! (Qələm surəsi, 3-4)

Əlbəttə ki peyğəmbərlərdən nümunə götürmək yalnız kişilər üçün deyil. Mömin kişi və mömin qadının əxlaqi xüsusiyyətləri və məsuliyyətləri ortaqdır. Allah bu vəziyyəti Quranda belə bildirər:

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və elçiyə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)

Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır! (Əhzab surəsi, 35)

Peyğəmbərimiz heç bir zaman ədalətdən üz döndərməmişdir. Allahın; De ki “Allah ədaləti əmr etdi. Hər səcdə də (namaz vaxtı) üzünüzü (Ona tərəf) tutun. Allaha qarşı səmimi olub Ona dua (ibadət) edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!…” (Əraf surəsi, 29) ayəsində bildirdiyi kimi, hər dövrdə bütün insanlara nümunə olmuşdur.

Peyğəmbərin danışığı hər zaman insanlara Allahı, Onun gücünü və böyüklüyünü xatırladan, daim Allaha çağıran, insanlara Allahı sevdirən və Ondan qorxub çəkinmələrinə vəsilə olan bir üslubda olmuşdur. Peyğəmbərimizi nümunə götürən müsəlman kişilərin də hər danışığında Allahı unutmadıqları düşünməlidir.

İnsanların bəyəndikləri və təriflədikləri nə qədər əxlaq xüsusiyyəti, davranış forması və üstünlük varsa bunların hamısı onsuz da din əxlaqının ehtiyacı olan xüsusiyyətlərdir. Uca Allahın əmr və tövsiyələrinə uyğun gələn kimsə həm Rəbbimizin razılığını qazanar həm də ətrafındakı bütün insanların sevdiyi və saydığı bir kimsə halına gələr.

Peyğəmbərimiz Hz. Məhəmməd, son dərəcə incə düşüncəli, nəzakətli, səbirli, xoş rəftarı ilə yaxınlaşan, səmimi və çox mədəni insan idi. O, həm peyğəmbər olması, həm də dövlət başçısı olması etibarilə, hər təbəqədən insanla daimi əlaqədə olmuş; dövlət və qəbilə rəislərindən zəngin, kasıb, zəif, kimsəsiz yetimlərdən qadın və uşaqlara qədər hər kəslə görüşmüşdür. Bütün bu ictimai quruluşu, yaşayış tərzləri, xasiyyətləri, vərdişləri bir-birindən tamamilə fərqli olan insanlarla, hər sahədə yaxşı dialoq qurmuş, hamısının könülünü xoş tutmuş, hər birinə qarşı nəzakətli, anlayışlı, səbirli və gözəl rəftar göstərmişdir.

Peyğəmbərin evində yetişən və illərcə ona xidmət edən Hz. Ənəs, Peyğəmbərimizin bənzərsiz nəzakətini belə izah etmişdir:

“Əshabələrinə gözəl ünvanlar verərdi. Hz. Əliyə “Əbu Turab”, bir başqa əshabəsinə “Əbu Hüreyrə” kimi ləqəblər vermişdi. Onlara şərəf qazandırmaq üçün, xoşlarına gələn adla çağırardı.”

“Kimsənin sözünü kəsməzdi, danışmasını yarıda buraxmazdı. Danışdığı adam sözünü bitirmədən yaxud getmək üzrə ayağa qalxmadan söhbətinə davam edərdi.”

Rəbbimizin Quranda xəbər verdiyinə görə, Hz. İbrahimə insan surətində gələn mələk elçilər onun evində qonaq olmuşlar:

İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı? Onlar İbrahimin yanına gəlib salam verdikdə İbrahim salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!”-dedi..” (Zariyat surəsi, 24-25)

Həqiqətən, elçilərimiz (mələklər) İbrahimin yanına müjdə (İshaqın anadan olacağı xəbəri) ilə gəlib: “Salam”—dedilər. İbrahim də: “Salam!”—deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi. (Hud surəsi, 69)

Görüldüyü kimi Hz. İbrahim, gələn qonaqların fərqli insanlar olduqlarını dərhal anlamışdır və buna görə də heç tanımadığı bu qonaqlarına qarşı çox üstün qonaqpərvərlik nümunəsi göstərmiş, dərhal çox gözəl yeməklər hazırlatmışdır. Hz. İbrahimin tanımadığı qonaqlarına dərhal qulluq etməsi, onun üstün əxlaqının təcəllisidir. Qulluğun, qonaqlardan tələb gəlmədən edilməsi, müsəlmanların nümunə götürmələri incə düşüncə xüsusiyyətlərindən biridir.

Hz. İbrahimin göstərdiyi incə düşüncə nümunələrindən bir başqası da, bu yeməkləri bildirmədən hazırlamasıdır:

O bir bəhanə ilə ailəsinin yanına getdi və kök bir buzov (kəsib qızardaraq) gətirdi. Onu qonaqların qabağına qoyub: “Bəlkə yeyəsiniz!”—dedi. (Zariyat surəsi, 26-27)

Hz. Musa, firon və qövmünü tərk etdikdən sonra, Mədyənə doğru yönəlmişdi. Mədyən suyunda heyvanlarını sulaya bilməyən iki qadın gördü.

Qadınlar çobanlardan çəkinirdilər, buna görə də, onların yanına gedib sahib olduqları sürünü sulaya bilmirdilər. Lakin, Hz. Musanın ayələrdə izah edildiyi üzrə, son dərəcə etibarlı və sadə görünüşü vardı. Bu səbəblə qadınlar onunla danışmaqdan çəkinmədilər. Qadınlar Hz. Musaya heyvanlarını sulamağa özlərinin getmək məcburiyyətində olduğunu çünki atalarının yaşlı bir adam olduğunu, ancaq çobanlar olduğu üçün sürülərini sulaya bilməyəcəklərini izah etdilər. Bunun üçün Hz. Musa qadınlara kömək edib onların heyvanlarını suladı:

Mədyənin su quyusuna çatanda orada heyvanlarını sulayan bir dəstə adam gördü. Onlardan başqa heyvanlarının suya getməsinə mane olan iki qız da görüb onlara dedi: “Sizin dərdiniz nədir?” Onlar: “Çobanlar gedənə qədər heyvanlarımıza su vermirik. Atamız da çox yaşlıdır”, – dedilər. Musa onların heyvanlarını suladı, sonra da kölgəyə çəkilib belə dedi: “Ey Rəbbim! Sənin mənə bəxş etdiyin hər xeyrə möhtacam”. (Qəsas surəsi, 23-24)

Burada Hz. Musanın nəzakətli, incə düşüncəli və kömək sevər xarakterinin bir nümunəsini görürük. Diqqət yetirilsə bu hadisədə Hz. Musa, heç tanımadığı iki adamla gedərək onlarla dialoq qurmuş, onlara kömək etmiş və hörmətlərini qazanmışdır. Digər yandan ayədə çobanların isə Hz. Musanın tam zidd davrandıqları aydın olur. Qadınlar, Hz. Musa ilə dialoq qura bilmələrinə baxmayaraq, bu kəslərin yanına belə yaxınlaşmamışlar. Bu insanlar; xarici görünüşünə görə etibarsız şəxslər ola bilər (doğrusunu Allah bilir).

Demək ki, bir müsəlmana yaraşan rəftar, ayədə “çobanlar” olaraq təsvir edilən bu insanlara bənzər rəftardan tamamilə uzaq olmaq, digər yandan Hz. Musanı nümunə alaraq çox nəzakətli, incə düşüncəli, haldan anlayan, sadə, hər kəsin dərhal etibar edəcəyi, üslub və rəftar göstərməkdir.

Bir vaxt axşam çağı ona cins, çapar atlar göstərilmişdi. Bu zaman o: “Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim”, – dedi. Nəhayət, onlar gözdən itdilər. (Sad surəsi, 31-32)

Din əxlaqının gətirdiyi gözəlliklərdən uzaq olan insanların çoxu, içinə bağlı, ətrafındakı hadisələrə və varlıqlara qarşı laqeyd yanaşaraq, əhəmiyyətli hesab etməz bir xarakter göstərərlər. Halbuki Hz. Süleymanın xarakterində açıqca görüldüyü kimi, müsəlman, ətrafındakı gözəlliklərə qarşı son dərəcə həssas, gözəllik, estetika və incəsənətdən zövq alan, incə düşüncəli bir insandır. Allahın nemətlərini dərk edir və bunlardan zövq alıb şükür etməyi bilir.

Dünyanın əmin-amanlıq və sülhü üçün vacib olan, Peyğəmbərlərin əxlaqı ilə inanclı və gözəl xasiyyətli nəsillər yetişdirməyə cəhd göstərmək lazımdır. Bu məqsədlə yeniyetməlik çağında olan uşaqlara başda Peyğəmbərimiz olmaq üzrə bütün Peyğəmbərləri Quranda izah edilən üstünlükləri ilə tanıtmaq, Quran əxlaqının ehtiyacı olan gözəl davranışları nəsihət etmək lazımdır. Bu mövzuda ailələr başda olmaq üzrə, müəllimlər, jurnalistlər, yazıçılar və televiziya kanallara əhəmiyyətli məsuliyyətlər düşməkdədir. Müasir, inanclı, vətənpərvər, əxlaqlı, dürüst nəsillərin yetişməsi həm cəmiyyətin, həm də bütün dünyanın rifahı üçün mütləq zərurətdir.