Quran əxlaqının yaşanmadığı cəmiyyətdə insanların xarakterini təyin edən faktorlardan biri də “kişi xarakteri”dir. Bu məntiqə görə, kişi xarakterinin ilk prinsipi həmişə “üstün” olmaqdır. Bu anlayışa sahib cəmiyyətdəki digər faktorlar da kişinin bu üstünlük iddiasını dəstəkləyəcək xüsusiyyətdədir. Qısaca, bu və buna bənzər məntiqin nəticələri, gəncləri həqiqi mənada sevgi, hörmət, mərhəmət kimi əxlaqi xüsusiyyətlərdən uzaqlaşdırır. Bütün bunlardan başqa gənclərə verilən təhsilin də əhəmiyyəti vardır. Bu da zamanla “haqlı olanın deyil, güclü olanın üstün olduğunu müdafiə edən, zəif və aciz insanların cəmiyyətdən silinməsini nəzərdə tutan, insanlara şəfqətsizlik, qəddarlıq, mənfəətçilik təlqini edən” darvinist təlimlərin gənclərə sistematik olaraq təbliğ edilməsidir.
Bir müsəlmanın, davranışına və əxlaqına nümunə götürmək üçün ən ideal insan peyğəmbərlərdir. Rəbbimiz, Hz. Məhəmmədin gözəl nümunə olduğunu bir ayədə belə bildirməkdədir:
Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır. (Əhzab surəsi, 21)
Peyğəmbərimizi görməmiş olsaq belə, Quran ayələrindən və səhih hədislərdən, gözəl davranışı, danışığı, göstərdiyi gözəl əxlaqı tanıya bilər, ona bənzəmək, axirətdə onunla yaxın dost ola bilmək üçün əlimizdən gələni edə bilərik. Peyğəmbərimiz Hz. Məhəmməd kimi digər peyğəmbərlər də, Allahın möminlər üçün nümunə göstərdiyi, Allahın razı olduğu kəslərdir. Allah, Yusif surəsində belə bildirməkdədir:
Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlki (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!… (Yusif surəsi, 111)
Peyğəmbərimizin çox gözəl əxlaqa sahib olduğunu Allah Quranda bildirmiş və belə buyurmuşdur:
Və, həqiqətən səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir! Doğrudan da, sən böyük bir əxlaq sahibisən! (Qələm surəsi, 3-4)
Əlbəttə ki peyğəmbərlərdən nümunə götürmək yalnız kişilər üçün deyil. Mömin kişi və mömin qadının əxlaqi xüsusiyyətləri və məsuliyyətləri ortaqdır. Allah ayədə belə bildirər:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 71)
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)
Peyğəmbərimiz heç bir zaman ədalətdən üz döndərməmişdir. Allahın;
De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdənizdə üzünüzü (Allaha) çevirin və dini yalnız Ona məxsus edərək dua edin! Sizi yoxdan yaratdığı kimi, yenə (Onun hüzuruna) qayıdacaqsınız. (Əraf surəsi, 29)
ayəsində bildirdiyi kimi, hər dövrdə bütün insanlara nümunə olmuşdur.
Peyğəmbərin danışığı hər zaman insanlara Allahı, Onun gücünü və böyüklüyünü xatırladan, daim Allaha çağıran, insanlara Allahı sevdirən və Ondan qorxub çəkinmələrinə vəsilə olan bir üslubda olmuşdur. Peyğəmbərimizi nümunə götürən müsəlman kişilərin də hər danışığında Allahı unutmamalı və onun kimi insanları xəbərdar edən və onlara müjdələr verən insanlar olmalıdırlar.
“Asanlaşdırın çətinləşdirməyin, müjdələyin nifrət etdirməyin. Bir-birinizlə yaxşı dolanın, ixtilafa düşməyin.”
Peyğəmbərimiz Hz. Məhəmməd, son dərəcə incə düşüncəli, nəzakətli, səbirli, hər kəsə xoş rəftarı ilə yaxınlaşan, səmimi və çox mədəni insan olub.
“Kimsənin sözünü kəsməzdi, danışmasını yarıda buraxmazdı. Danışdığı adam sözünü bitirmədən yaxud getmək üzrə ayağa qalxmadan söhbətinə davam edərdi.”

