Hər şeydən əvvəl Quran əxlaqını yaşamaq, uşaqlara və gənclərə yetkinlik, ağıl, əsil sevinc, rahatlıq və hüzur gətirər. Bəzi cəmiyyətlərdə gənclər arasında yayılmış olan, hissiz, laqeyd xarakter Qurana tabe olan gənclərdə görülməz. Son dərəcə mülayim, itaətli, geniş düşünən, fədakar, yaradıcı bir nəsil meydana gələr. Gəncliyin dinamizmi, həyəcanı, fədakarlığı həmişə xeyirli işlərə yönəldilər. Əhəmiyyətli bir iş və ağıl gücü meydana gələr. Belə bir mühitdə tələbələr yalnız sinif keçmək və ya cəzadan xilas olmaq üçün deyil, zövqlə və istəyərək dövlətə və millətə fayda gətirmək üçün təhsillərinə son dərəcə əhəmiyyət verərlər.
Məktəblərdə nizam-intizam problemləri tamamilə ortadan qalxar. Çox dinc, konstruktiv və məhsuldar bir təhsil mühiti meydana gələr. Müəllimlər və şagirdlər arasında itaətə, hörmət və tolerantlığa əsaslanan bir əməkdaşlıq meydana gələr. Həmçinin tələbələr dövlətə, polisə qarşı da son dərəcə hörmətli və itaətkar olarlar, indiki vaxtda tez-tez qarşılaşılan şagirdlər arasında baş verən hadisələr heç yaşanmaz. Çünki belə bir şeyi tələb edən mühit meydana gəlməz.
