Quran əxlaqını yaşayan insanların olduğu cəmiyyətlərdə, iş yerlərində də qarşılıqlı anlayış, əməkdaşlıq və ədalət mühiti olar. İş sahibləri işçilərinin sağlamlıqları ilə məşğul olar, iş görülən mühiti sağlamlıq şərtlərinə ən uyğun hala gətirər.
Çox uzun müddət eyni mühitdə olacaqlarını düşünərək estetik və gözə xoş gələn məkanlar hazırlayar. Əməklərinin tam qarşılığını verər. Hər hansı bir işçisini qətiyyən zərər çəkmiş vəziyyətdə buraxmaz. Hər birinin ailəsinin həyat şərtlərindən xəbərdar olar.
Son dərəcə vicdanlı davranaraq, onların hamiliyini boynuna götürər. Güclünün zəifi əzdiyi bir mühit əsla meydana gəlməz. Dedi-qodu, müvəffəqiyyətli birini qısqanaraq onun müvəffəqiyyətinə maneə olma kimi qeyri-əxlaqi rəftarlara da rast gəlinməz.
İşçilərlə işə götürən arasında mənfəətə və bir-birini aldatmağa deyil, əməkdaşlıq və güvənə əsaslanan bir əlaqə olar. İşləyən insan iş yerinin hər cür mənfəətini güdər, “necə olsa pulunu müdir verir” deyərək israf etməz, edə biləcəyinin ən yaxşısını edər. Amma bu gözəl əxlaqından ötrü də zərər çəkmiş vəziyyətdə qalmaz, müdiri tərəfindən himayə edilər.
