Quran əxlaqına tabe olmağın iş mühitlərinə gətirdiyi faydalar nələrdir?

blank

Quran əxlaqını yaşayan insanların olduğu cəmiyyətlərdə, iş yerlərində də qarşılıqlı anlayış, əməkdaşlıq və ədalət mühiti olar. İşəgötürənlər işçilərinin sağlamlığına qayğı göstərər və iş mühitini sağlamlıq vəziyyətlərinə ən yaxşı şəkildə uyğunlaşdırarlar. Çox uzun müddət eyni mühitdə olacaqlarını düşünərək estetik və gözə xoş gələn məkanlar hazırlayar. Əməklərinin tam qarşılığını verər. Hər hansı bir işçisini qətiyyən zərər çəkmiş vəziyyətdə buraxmaz. Hər birinin ailəsinin həyat şəraitindən xəbərdar olar. Son dərəcə vicdanlı davranaraq, onların hamiliyini boynuna götürər. Güclünün zəifi əzdiyi bir mühit əsla meydana gəlməz. Dedi-qodu, işində uğur qazanan birini qısqanaraq onun uğurlarına mane olmaq kimi qeyri-əxlaqi rəftarlara da rast gəlinməz. İşçilərlə işəgötürənlər arasındakı münasibətlər eqoist mənfəətə və bir-birini aldatmağa deyil, əməkdaşlığa və etibara əsaslanar. İşçi iş yerinin bütün maraqlarını qoruyar, “necə olsa pulunu müdir verir” deyərək pulu israf etməz və əlindən gələnin ən yaxşısını edər. Lakin bu gözəl əxlaqi xüsusiyyətinə görə o, zərər çəkmiş vəziyyətdə qalmaz və müdir tərəfindən qorunar.

blank