Quran əxlaqına tabe olan insanlar bir-birlərinə dəyər verər və bir-birlərini hər istiqamətdən gözəl və estetik bir mühitdə yaşatmağa çalışarlar. Cənnətə duyulan həsrətdən ötrü dünya şərtlərindən maksimum istifadə edərək ən gözəl, ən təmiz, gözə, qulağa və bütün duyğulara ən gözəl şəkildə xitab edən mühitlər yaradılar. Bu səbəblə, incəsənət və estetika hər istiqamətdən çox inkişaf edər.
Dindar bir insanın vicdanı da təmizdir və bu səbəblə, ağlının üzərində hər hansı bir təzyiq olmaz, çox geniş düşünərək ortaya gözəl və unikal, təqliddən uzaq əsərlər çıxarar. Həmçinin, digər dindar insanları da məmnun etmək, onlara gözəlliklər təqdim etmək istəyi ilə işləyən insanlar, səmimi və şövqlü olarlar.

