Quran əxlaqına tabe olmağın dövlət sisteminə gətirdiyi faydalar nələrdir?

Allah Quranda itaət etməyi məqbul bir əxlaq olaraq göstərir. Quran əxlaqına sahib bir insan da qəti olaraq dövlətinə qarşı itaətli və hörmətli olar. Belə cəmiyyətlərdə hər kəs dövlətin və millətin rifahı üçün çalışar, dövlətə qarşı çıxmaz, əksinə maddi və mənəvi dəstək verər.

Allahdan qorxan insanların yaratdığı cəmiyyətlərdə demək olar ki, heç bir məhkəmə hadisəsi baş verməz. Mövcud cəmiyyətlərdə baş verən hadisələrin mində biri belə yaşanmaz.

Dövlət idarəçiliyi daha asan olar. Dövlət anarxiya, terrorizm, təxribat və qətl kimi hadisələrlə məşğul olmadığı üçün bütün gücü ölkənin daxili və xarici inkişafına və güclənməsinə sərf olunar. Nəticədə çox güclü bir dövlət yaranar.