Quran əxlaqına tabe olmağın cəmiyyətə gətirdiyi faydalar

1) İnsanlar dünyanın müvəqqəti imtahan yeri olduğunu bildikləri üçün mənfəətə görə cinayət törətməz və saxtakarlıqlara əl atmazlar

2) Hüzur və güvən dolu mühit meydana gələr

3) Millətə böyük zərərlər verən anarxiya bəlası qəti olaraq son tapar

4) İnsanlar Allahdan qorxduqları üçün fitnə-fəsad törətməkdən şiddətlə çəkinərlər

5) İnsanlar dərin mənəviyyatlı olarlar, dövlətə, millətə və vətənə sahib çıxmaqda hər cür fədakarlığı heç düşünmədən edərlər

6) İnsanlar öz mənfəətləri arxasınca qaçmadıqları üçün, hər kəs ölkənin rəfahı və xoşbəxtliyi üçün çalışar, insanlara zərər verən haram şeylərin yayılmasına qətiyyən icazə verməzlər

7) Hər kəs bir-birinə Allahın qulu kimi hörmət edər və hər kəs bir-birini qoruyub sahib çıxar

8) Heç kim öz nəfsini düşünməz, hər kəs qarşısındaki insanın nəfsini öz nəfsindən üstün tutar

9) Allah qadağan etdiyi üçün hər kəs israfa qarşı diqqətli olar və heç kim israf etməz

10) Hər kəs problemləri ağıllı yollarla həll etməyə çalışdığı üçün, o ölkədə daim sükunət, sülh və qardaşlıq olar

11) İnsanlar təkcə cəmiyyət içində olarkən yox, tək qalanda da, heç kimin özlərini görmədiyi anlarda da Allahın gördüyünü bilib gözəl əxlaqlarını və təmizliklərini qoruyarlar.

12) İnsanlar Allahın xəsisləri sevmədiyini, paylaşdıqda Allahın bərəkət verdiyini bilərlər və dolayısilə o ölkədə mənəvi zənginliklə yanaşı həm də maddi zənginlik də hökm sürər