Quran əxlaqına tabe olmağın cəmiyyətə faydaları

Quran əxlaqı cəmiyyətə hüzur gətirir

Quran əxlaqı, gözəl əxlaqın dərin, mənəviyyatlı, hüzur və güvən dolu mühitini meydana gətirər. Dövlətə və millətə böyük zərərlər verən anarxiya bəlası qəti olaraq son tapar. Çünki insanlar Allahdan qorxar, itaətsizlikdən, fitnə-fəsad törətməkdən şiddətlə çəkinərlər. Həmçinin, mənəvi dəyərlərə sahib kəslər dövlətə və millətə sahib çıxarlar və bu dəyərlər üçün hər cür fədakarlığı etməkdən çəkinməzlər. Bu əxlaqdakı insanlar daima ölkənin rifahı və xoşbəxtliyi üçün çalışarlar.

Quran əxlaqının yaşandığı bir cəmiyyətdə insanlar, bir-birlərinə qarşı son dərəcə hörmətli olar və hər kəs bir-birinin rahatlığını və təhlükəsizliyini qoruyar. Çünki İslam əxlaqında həmrəylik, birlik və bərabərlik çox əhəmiyyətlidir. Hər insan özündən əvvəl digər insanların rahatlığını və mənfəətini düşünməlidir. Quranda möminlərin bu əxlaqı belə bildirilir:

Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)

Allah qorxusu ilə hərəkət edilən belə bir mühitdə hər kəs cəmiyyətin rifahı üçün çalışar, israf edilməz, həmrəylik, əməkdaşlıq və qarşılıqlı bir-birinin mənfəətini güdmə olar və bunun sayəsində də rifah səviyyəsi yüksək olan, zəngin bir cəmiyyət meydana gələr.

Belə bir cəmiyyətdə maddi istiqamətdən zənginliklə yanaşı, mənəvi istiqamətdən də zənginlik yaşanar. İnsanların hadisələr qarşısında meydana gətirdikləri qarışıqlıq halı, üsyankar rəftarlar tamamilə ortadan qalxar. Hər kəs təvəkküllü davranar və hər problemə ağıllı həll yolları gətirilər, hər hadisə sükunətlə həll edilər. Daim hüzur mühiti içində olan bir həyat davam etdirilər. Sevinc, səmimiyyət, sevgi, dostluq və qardaşlıq içində yaşanar.