Quran əxlaqına görə yaşayan insanların meydana gətirdiyi cəmiyyət, dövlətə itaətin və hörmətin ən yüksək dərəcədə yaşandığı mühit olur

Allah sevgisi cəmiyyətə nə gətirir

Dinin varlığı Allah sevgisini özü ilə gətirdiyi üçün bu, bütün insanlara çox müsbət və gözəl təsir edir. Hər kəs Allahın razılığını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah rizası üçün sevər. Bütün cəmiyyətə şəfqət, mərhəmət və gözəllik hakim olar. İnsanlar Allahın əmri istiqamətində xeyirlərdə yarışarlar. Digər tərəfdən Allah qorxusu sayəsində hər kəs əxlaqsızlıqlardan və pisliklərdən çəkinər. Əsrlərlə qarşısı alına bilinməyən hər cür mənfi hallar bir anda bitər. Dinin sevgi və sülhsevər ruhu hər yerə hakim olar. Əlbəttə, burada nəzərdə tutulan Qurandakı həqiqi dindir və bu dinin səmimi olaraq yaşanmasıdır.

Bir cəmiyyətin varlığında ailənin rolu çox böyükdür. Dinin tam mənası ilə yaşandığı mühitdə daha əvvəlki mövzularda ifadə edildiyi kimi, ailə münasibətləri çox gözəlləşər, həqiqi sevgi və hörmət yaşanar. Ailə olmazsa, dövlət və millətin də mənası qalmaz. Bunlar bir-biri ilə çox əlaqəli anlayışlardır. Ailə dağıldıqda millət anlayışı da yox olar, dövlət də zərər görər.

Belə ki, dinin yaşanmadığı cəmiyyətlərdə insanların üsyankar davrandıqları, anarxist hərəkatlara qoşulduqları, dövlətə qarşı cəbhə aldıqları məlum olan həqiqətdir. Xüsusilə də milli və mənəvi dəyərlərin qorunmasının lazım olduğu şəraitlərdə Allah qorxusu olmayan insanların laqeyd davranacaqları qətidir. Milli və mənəvi mənfəətlərlə öz mənfəətləri arasında seçim lazım gəlsə, dindən uzaq insanların asanlıqla nəfslərini seçəcəkləri aydındır. Bu, yeri gəldiyində vətənə və millətə xidmət etməkdən, onun üçün mübarizə aparmaqdan qaçmağa, hətta separatçı fəaliyyətlər göstərməyə qədər geniş miqyasda düşünülə bilər.

Halbuki dini yaşayan insanlar üçün dövlət və millət anlayışları çox böyük dəyərə malikdir. Lazım olduğunda dövlət üçün canını təhlükəyə atar, dövlətinin və millətinin mənfəətlərini şəxsi mənfəətlərindən üstün tutarlar. Milli və mənəvi dəyərlərini canla-başla qoruyarlar.