Quran əxlaqı yaşanarkən vəlayət sistemi olacağı üçün bir nəfər belə kasıb qalmaz

«Bu Bizim hədiyyəmizdir» – hesabsız nemətlər

(Biz ona dedik:) “Bu Bizim hədiyyəmizdir. Bunlardan (başqalarına) versən də, verməsən də haqq-hesabı yoxdur”. (Sad surəsi, 39)

Ayədə: “Bu Bizim hədiyyəmizdir!” “Mənim payladığım” deyir Allah. “Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”.
Hesaba niyə vurmur? Çünki müsəlmanlıqda vəlayət sistemində elə bir şey yoxdur. Hesaba vurursa bir xəsislik vardır. Sən kasıba mal paylayırsan, kiloyla niyə verirsən? Gücünün çata bildiyi qədər ver qucağına, göndər. Paltar daşıya bildiyi qədər ver. Yemək daşıya bildiyi qədər ver. Niyə çəkirsən? Niyə qrama vurursan? Paylayarkən qrama vurmaq, tərəziyə aparmaq İslam əxlaqına yaraşmaz. Ovuc-ovuc paylayacaqsan. Bol-bol paylayacaqsan. Quran ona diqqət çəkir, “hesaba vurmadan”. “Hesaba vurma” -deyir. Bu qədər payladım deməyəcəksən. Bu qədər verdim də deməyəcəksən. Saymadan, kasıba, ehtiyacı olana elə paylanar.