Quran əxlaqını yaşamaq insana Allahın izni ilə geniş bir dünyagörüşü, üstün ağıl, doğrunu yanlışdan ayırd etmək qabiliyyəti və hadisələri dərinliklərinə qədər düşünmək gücü qazandırır. Bu xüsusiyyətlərə sahib olmaq isə həyatın hər anında insana mühüm bir üstünlük və rahatlıq verir. Allaha təslim olan və din əxlaqına uyğun yaşayan bir insanın bütün davranışları, hərəkətləri, oturması, qalxması, yeriməsi, hadisələrə münasibəti, şərhləri, izahatları və çətinliklər qarşısında tapdığı həll yolları digər insanlarda olduğundan tamamilə fərqlənir.
Quran əxlaqına uyğun şəkildə yaşayan müsəlmanlarla Allahı inkar edənlər arasındakı əsas fərqlərdən biri Allaha iman gətirərək Ondan qorxub çəkinənlərə və vicdanlarını işlədənlərə verdiyi ağıldır. İman gətirənlər sahib olduqları ağıl sayəsində inkarçıların və ya həqiqətləri dərk edə bilməyərək qəflət içində yaşayan insanların mənasız şey və ya təsadüf kimi qiymətləndirdikləri hadisələrin arxasında dayanan hikmətləri dərhal anlayırlar.
