Quran ərəblərə endirilmişdir yanılması

Quranın yalnız öz dövrünə aid olduğu yalanı

İnkarçıların, insanları Qurandan ayırmaq və uzaqlaşdırmaq üçün iddia etdikləri sayıqlamalardan biri də Quranın yalnız ərəblərə endirildiyi və Qurana tabe olmaqdan məsul olanın yalnız ərəblər olduğu iddiasıdır. Ancaq Quranı bir dəfə oxumuş biri belə bir iddianın nə qədər axmaq və yersiz olduğunu asanlıqla dərk edəcək.

Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in bütün insanlara göndərilmiş müqəddəs bir peyğəmbər olduğu və Quran hökmlərindən qiyamətə qədər bütün insanların məsul olduğu bir çox ayədə bildirilmişdir.

İnkarçılar, cahil insanların başlarını qarışdırmaq və fitnə çıxarmaq üçün uydurduqları bu iddianı aşağıdakı Quran ayəsi ilə əsaslandırmağa cəhd edərlər:

Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir. (İbrahim surəsi, 4)

Ayə çox aydındır. Elçinin göndərildiyi cəmiyyət hansı dili danışırsa elçi də eyni dili danışır. Bu, tarixən belə olmuşdur. Ancaq belə olduğu təqdirdə, elçilər Allahın vəhyini ətrafındakı insanlara tam və qüsursuz şəkildə çatdıra bilərlər. Buna görə də elçiyə vəhy edilən kitab da elçinin və qövmünün dilində göndərilir. Bundan daha təbii bir şey ola bilməz. Ancaq inkarçılar hər nə olursa olsun, dinə tabe olmamaq üçün bu cür bəhanələr irəli sürərlər.