Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, insanın yaradılışı, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görəcək, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıya biləcək.
Buna görə də, Allah Quranda insanları yaradılış dəlillərini düşünməyə və tədqiq etməyə çağırır. Kainatda mövcud olan bütün sistemləri, canlı-cansız varlıqları araşdıran, gördükləri haqqında düşünən və fikir yürüdən hər insan Allahın üstün ağlını, elmini və sonsuz gücünü görməyə başlayacaqdır. Kainatı və içindəki bütün canlıları araşdırmağın və Allahın sonsuz yaratma sənətini insanlara göstərməyin yolu isə “elm”dir. Dolayısilə din, Allahın yaratma sənətindəki mükəmməlliyi ortaya çıxarmaq üçün elmi təşviq edir.
Din, elmi araşdırmalara təşviq etdiyi kimi, eyni zamanda dinin yönləndirdiyi istiqamətlərdə aparılan elmi araşdırmalar da qısa müddətdə mükəmməl nəticələr verir. Çünki din, kainatın və canlıların necə mövcud olduğu sualına ən doğru və qəti şəkildə cavab verən yeganə qaynaqdır. Belə ki, doğru mənbəyə əsaslanaraq aparılan araşdırmalar, kainatın və canlıların var olmasına dair sirləri ən qısa müddətdə, ən az əmək və ən az enerji sərf edərək aşkar edilməsinə səbəb olur. XX əsrin tanınmış elm adamlarından olan Albert Eynşteyn də dediyi kimi “dinsiz elm şikəstdir”, yəni burdan da belə nəticəyə gəlmək olar ki, dinlə elm nəinki ziddiyyət təşkil edir, əksinə bir-biri ilə sıx qarşılıqlı əlaqədədir. Dinə əsaslanmadan aparılan hər bir araşdırmada dəqiq nəticə əldə etmək uzun müddət tələb edir və bəzən də tamamilə nəticəsiz qalır.
Bu həqiqəti görmək istəməyən materialist alimlərin istiqamətləndirdiyi elm isə iki yüz ildir ki, sərf edilən zaman və trilyonlarla pul vəsaitinin əbəs yerə xərclənməsini bir daha sübut edir.
Elə bu səbəbdən də insanlar bir həqiqəti bilməlidirlər; Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini aşkar etmək məqsədi daşıyır və bu məqsədi əsas tutaraq çalışılarsa, doğru nəticələr əldə edilmiş olar. Yəni elm doğru istiqamətləndirilsə, qısa müddət ərzində məqsədə çatmaq mümkün olar.
Həyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısaca cansız maddədən fərqləndirən nədir?
Bu sualların cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya çıxan fikirlər isə bir-birindən fərqlənir. Birinci fikir canlılar ilə cansız maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir. Bu yanaşmaya elmi dildə “abiogenesis” deyilir.
İkinci yanaşma isə həyat ilə cansız maddə arasında böyük və keçilməz sərhəd olduğunu qəbul edir. Cansız maddənin öz-özünə canlanması mümkün deyil və hər canlı ancaq başqa bir canlıdan törəyir. “Həyat həyatdan gələr” cümləsi ilə ifadə edilən bu yanaşma “biogenesis” adlanır.
Maraqlıdır ki, “abiogenesis” fikri materialist fəlsəfə ilə, “biogenesis” fikri isə dini mənbələrlə əlaqədardır. Materialist fəlsəfə ortaya atıldığı ilk dövrlərdən bəri daim cansız maddənin canlana biləcəyini müdafiə etmişdir. Qədim Yunan filosofları ibtidai canlıların cansız maddələrdən törədiklərinə inanmışlar.
Bunun əksinə, İlahi mənbələr maddəyə həyat verənin sadəcə Allah olduğunu bildirir. Qurandakı ayədə belə buyurulur:
Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? (Ənam surəsi, 95)
Bu gün elm dünyası, cansız maddələrdən təsadüflər nəticəsində, öz- özlünü tənzimləyən, digər cansız maddələrlə birləşərək qüsursuz, son dərəcə mükəmməl sistem olan hüceyrənin meydana gələcəyi fikrini irəli sürmüşlər. Eyni şəkildə ətrafımızda gördüyümüz milyonlarla canlı növünün də təkamülçülərin iddia etdikləri kimi təsadüflərin nəticəsi olmayacağı anlaşılır.
Quranda, Allahın canlıları yoxdan var etdiyini, Ondan başqa heç bir varlığın “can vermə” gücünə sahib olmadığı bildirilmişdir. Əgər elm də Allahın insanlara bildirdiyi bu həqiqətləri izləsəydi, bu qədər uzun müddət təkamülçülər tərəfindən nəticəsi olmayan araşdırmalarla vaxt itirməzdilər.
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 191)

