Quran doğrunu səhvdən ayırır

Yer üzündə bir çox fikir, fəlsəfə, məzhəb, din, təriqət və inanc vardır

Yer üzündə bir çox fikir, fəlsəfə, məzhəb, din, təriqət və inanc vardır. Bunların bir çoxu həm bir çox batil və təhlükəli inanc, düşüncə və tətbiq, həm də qismən gözəl xüsusiyyətlərə malikdir. Ancaq, nəyin həqiqətən yaxşı və nəyin həqiqətən pis olduğunu ayırmağın tək yolu Allahın bütün insanlığa tək rəhbər olaraq göndərdiyi Qurana baxmaqdır. Çünki Allahın kitabından kənar qaynaqlar insan düşüncəsinin məhsullarıdır və mütləq doğru olmaları mümkün deyil. Tək mütləq doğru Allahın kitabıdır. Ondan kənar mənbələrə əsaslanaraq həyat quranlar yanlışa düşməkdən özlərini uzaq tuta bilməzlər.

Allah Quranın doğrunu səhvdən ayıran (Furqan) xüsusiyyəti üçün bir ayədə belə buyurur:

Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Ali İmran surəsi, 4)

Quran insanları qurtuluşa aparan, onları ölümdən sonrakı sonsuz həyatları üçün xəbərdar edən, doğru yolu göstərən, Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq istəyənlər üçün rəhbər olan yeganə kitabdır. Quranda təbliğ edilən İslam dini isə Allahın insanlar üçün seçdiyi tək dindir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Ali İmran surəsi, 85)