Quran, dinsizlərə və qeyri-müsəlmanlara yardım etməyi əmr edir

Quranda müxtəlif ayələrlə hər fürsətdə yardımlaşma və paylaşma təşviq edilir. Bundan əlavə kömək ediləcəklər təkcə müsəlmanlarla məhdud deyil. Qurandakı sosial ədalət xristianları, yəhudiləri və bütpərəstləri də əhatə edir. Məsələn, Quran əxlaqının bir tələbi, insanın özünün istəməsinə baxmayaraq, yeməyi yoxsul, yetim və hətta əsirlə bölüşməsidir (İnsan surəsi, 8). Digər ifadə ilə müsəlman özü ilə vuruşan və özünü öldürməyə çalışarkən əsir düşən biri ilə də yeməyini bölüşməklə məsuldur. Üstəlik hər hansı bir qarşılıq və təşəkkür gözləmədən (İnsan surəsi, 9).