Quran cahil cəmiyyətin səthi və səhv həyat anlayışını düzəldir

Cahil insanların böyük hissəsinə görə, dünya həyatı rəqabət və mübarizədən ibarətdir. Açıq şəkildə ifadə edilməsə də, müvəffəqiyyətli və güclü olmaq üçün, insanın hər zaman birinci olaraq özünü düşünməsi və eqoist şəkildə hərəkət etməsi əsas prinsipdir. Bu batil əxlaqı mənimsəyən insan nə qədər zəngin olursa olsun, pula və mülkə o qədər çox bağlanar və həmişə daha da çoxunu istəyər. Bu mərhəmətsiz sistemdə nə qədər çox etibar qazansa, o qədər daha çox ön plana çıxmağa çalışar, üstəlik bunu başqalarını əzmək bahasına belə olsa böyük bir həvəslə edər. Bu rəqabətə o qədər bağlanar ki, düşdüyü cəhaləti heç dərk etməz. Bu həyat şəklinin necə səthi və səhv olduğu isə ancaq Quranda bildirilən həyat forması, düşüncə və əxlaq quruluşu ilə düşündükdə anlaşılır.