Quran bütün dinlərə və inanclara hörməti əmr edir

Quranın, “(De ki): Mən sizin ibadət etdiyinizə ibadət edəcək deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edəcək deyilsiniz. Sizin dininiz sizə, mənim dinim mənə” (Kafirun surəsi, 4-6) ayələri İslamdakı inanc azadlığını ən dolğun şəkildə ifadə edir. Bu azadlıq xristianlıqdan musəviliyə kimi bütün dinləri, hətta buddizmdən ateizmə qədər bütün inanc sistemlərini və inancsızlığı da əhatə edir.

Eyni şəkildə, “Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi” (Həcc surəsi, 40) ayəsi yalnız müsəlmanların deyil, digər dinlərin ibadət yerlərinin də Allah tərəfindən qorunduğunu bildirir.