Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə yanlış bir din anlayışı hakimdir. Belə cəmiyyətlərdə yetişən insanlar dini sadəcə şifahi məlumatlarla öyrənir, Allahı və Allahın əmr etdiyi gözəl əxlaqı tanımırlar. Buna görə, hər kəsin din adına fərqli tətbiqləri, qanunları və bir-birinə bənzəməyən doğru və yanlışları olur. Halbuki, gerçək dinin öyrənilməsinin əsas qaynağı Quran və Peyğəmbərimizin (səv) sünnəsidir. Quran bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür.
Quran hər insanın başa düşəcəyi sadə və anlaşılan üsluba, bənzərsiz hikmətə sahibdir. Buna baxmayaraq, Allaha və dinə qarşı səmimiyyətsiz olan, hətta düşmən kimi yanaşan bəzi insanlar Qurana ön mühakimə ilə yanaşır, yanlış məntiq səbəbi ilə ayələri doğru şərh etmirlər. Bəziləri də dini qəsdən çətin göstərmək üçün özlərindən bir çox batil inanc, bidət və xurafat çıxarırlar. Quranı bilən və Peyğəmbərimizin (səv) həyatını tanıyan iman sahibləri isə bunların xurafat olduğunu anlayır və heç birinə etibar etmirlər. Lakin Allahı və Quranı tanımayanlar cahillikləri üzündən bu xurafatların təsirində qalır, Qurana əsaslanmayan bu batil dini yanlış olaraq həqiqi din zənn edirlər. Quranı oxumadıqlarına görə də Allahın bəyənib seçdiyi dinin gözəlliklərini görmürlər.

