Quran ayələrində cəhənnəmlə əlaqədar nələr bildirilmişdir?

Quran ayələri bizə cəhənnəmdə sözün həqiqi mənasında bir həyatın olduğunu bildirir. Lakin bu həyat hər cür təhqirin, rüsvayçılığın, səfilliyin, fiziki və psixoloji əzabların yaşandığı bir həyatdır.

İnsanın bu dünyada sahib olduğu meyarlar cəhənnəm əzabını tam şəkildə anlamaq üçün kifayət deyil. İnkarçılar cəhənnəmdə hər cəhətdən maddi-mənəvi böyük bir əzab yaşayarlar. Üstəlik, bu əzabda heç bir fasilə və ya yüngülləşmə olmaz. Ayələrdə belə deyilir:

Əsla! Həqiqətən, o (cəhənnəm) alovlu bir oddur. (O alov) başın dərisini sıyırıb çıxardar. O, haqqa arxa çevirəni və ondan üz döndərəni çağırar. Mal-mülk yığıb saxlayanı da. (Məaric surəsi, 15-18)