Quran ayələrində Cəhənnəmlə bağlı nələr bildirilmişdir?

Quran ayələrində cəhənnəmdə tam mənasıyla bir həyat olduğu xəbər verilir

Quran ayələrində cəhənnəmdə tam mənasıyla bir həyat olduğu xəbər verilir. Ancaq bu həyat hər cür alçaldılmaların, zəlilliyin, səfilliyin, fiziki və psixoloji əziyyətlərin yaşandığı bir həyatdır.

İnsanın dünya həyatında sahib olduğu meyarlar, cəhənnəm əzabını tam olaraq qavramağa yetərli deyil. İnkarçılar cəhənnəmdə hər istiqamətdən, maddi-mənəvi böyük bir əzab yaşayarlar. Üstəlik, bu əzabda heç bir fasilə və ya yüngülləşmə olmaz. Ayələrdə belə deyilir:

Xeyr! Bu, alovu şölələnən Oddur – başın dərisini sıyırıb çıxaran bir od. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni və mal-dövlət yığıb saxlayanı. (Məaric surəsi, 15-18)