Quran açıq-aydındır

Yunis surəsi, 15 (2)

Yunis surəsi, 15. “Onlara ayələrimiz açıq-aydın oxunduğu zaman,” Allah insanlara Quran ayələrini açıq-aydın göndərib, bağlı deyil. Mövzunu açıqlayacaq, dəqiqləşdirəcək, aydınlaşdıracaq, dəqiqliklə “oxunduğunda, Bizimlə qarşılaşmağa ümid etməyənlər,” münafiqlər, fırıldaqçılar, küfr əhli, xurafatçılar. “Deyərlər ki: “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir.” Xurafatçıların məntiqi. “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir.” Bu, necə olacaq? Xurafat ilə olar. Münafiqin dini xurafat üzərində quruludur. Quran üstəlik xurafat və yaxud mənə vəhy gəldi deyər, yeni əlavələr edər.

“De ki: “Mənim onu öz nəfsimə görə dəyişdirməyim mənim üçün mümkün deyil.” Peyğəmbərimiz (s.ə.v) Quranda nə varsa mən onu xəbərdar edənəm, deyir. “Mən, yalnız mənə vəhy olunana uyaram.” Peyğəmbərimiz (s.ə.v) Quranda nə vəhy olunursa, deyir mən ona uyuram. Peyğəmbər (s.ə.v) mən özbaşıma, öz düşüncəmə görə hərəkət etmərəm, deyir. Nəyə görə hərəkət edirmiş? “Mən, yalnız mənə vəhy olunana uyaram. “Qurana görə hərəkət edərəm. “Əgər Rəbbimə üsyan etsəm, həqiqətən, mən böyük günün əzabından qorxaram.” deyir. Peyğəmbər (s.ə.v) üsyan edə bilməz, inşaAllah. On dördüncü ayədə də; “sizi yer üzündə xəlifələr etdik.” Deyir. Bunun əbcədi 2048-dir.

Bir də deyərlər ki: “Rəbbindən üzərinə bir ayə (möcüzə) endirilərdi”. Xurafatçılar deyər ki, bir mələk gəlsin, bu adamın Mehdi (ə.s) olduğunu desin. “Rəbbindən üzərinə bir ayə (möcüzə) endirilərdi”. Küfr, münafiqlər bunu deyir. “De ki: “Qeyb yalnız Allahındır, siz gözləyin; mən də sizlərlə birlikdə gözləyənlərdənəm.” Hz. Mehdinin (ə.s) zühurunu gözləyin deyir Allah, inşaAllah.