Quran açıq-aydındır. Yəni, Qurana baxanda ordakı möhkəm hökmü həm professor, həm də oxumamış insan tam anlayır. Din işarələrlə deyil, açıq-aydındır.

Vaxtında dəyərləndirilməyən imkanlar

Bir anlıq həyatınız boyu ən çox sahib olmaq istədiyiniz imkanın sizə verildiyini, lakin bu imkanı layiqincə dəyərləndirmədiyinizi düşünün. Həyatınızı tamamilə dəyişdirən bu yanlış qərardan sonra kim bilir nə qədər peşman olar, o ana geri qayıdıb qərarınızı dəyişdirmək istəyərsiniz. Amma artıq çox gecdir və zamanı geriyə çevirmək mümkün deyil. Ən ağıllı hərəkət isə bundan sonra belə bir səhv etməmək üçün tədbirli davranmaqdır. Bu yanlış qərarı verərkən bəzi insanları düşünür və bir daha bu cür insanların təsiri altına düşməmək üçün özünüzə söz verirsiniz.

Hal-hazırda bir çox insan bu vəziyyətdədir. Dünyadakı bütün insanlara geniş imkanlar verilmişdir. İnsanların əksəriyyəti isə bu imkanları görməməzliyə vururlar. Allah həm bu dünyada bütün insanlara gözəllik, ədalət, bolluq, rifah, rahat həyat, həm də axirətdə insanın düşünə bilmədiyi əbədi həyat vəd etmişdir.

Vicdanlı və ağıllı olan hər insan bu fürsəti diqqətlə dəyərləndirməli, düşünməli və bu fürsətdən istifadə etməlidir. Əksi isə, yəni Quranda bildirilən həqiqətləri görməzlikdən gəlmək, dinləməmək, düşünməmək və ya bu həqiqətləri inkar edərək qaçmaq, axirətdə böyük peşmanlığa səbəb olar. Üstəlik, bu peşmançılığın heç bir faydası da olmayacaq.

Allahın dəvətini bu gün qəbul etməyənlər o ağır gün gəldiyi zaman: “…Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”. (Ənam surəsi, 27) deyəcəklər. O gün hər insan dünya həyatında etdiyi hərəkətlərin əvəzini alacaq.

Onu da qeyd etmək lazımdır ki, içində nə yazıldığını belə bilmədən Quranı oxumaqdan, öyrənməkdən və dinləməkdən çəkinən, Qurandan üz çevirən insanlar əksəriyyət təşkil edir. Bu insanlar Allahın onları hansı həyata, hansı əxlaqa dəvət etdiyini bilmədən Quran ayələrindən qaçır, elçilərin dəvətini rədd edirlər. Bu, insanları uçuruma aparan böyük addımdır. Buna baxmayaraq, insanların əksəriyyəti qəflətdə olduqlarından və yanlış fikirlərinə görə öz vəziyyətlərindən bixəbərdirlər.