Qulağı və gözü möhürlənmiş şəxs necə olur?

Allahın Quranda tabe olunmasını əmr etdiyi hökmlər son dərəcə aydındır və bunlardan xəbərdar olan hər kəs bu hökmlərə tam əməl etməlidir. Ayələrdən xəbərdar olan, lakin tələblərini yerinə yetirməyən şəxs vicdanının səsinə qulaq asmadığı üçün qəlbi qatılaşır, ağlı və şüuru korşalır; bir müddət sonra həqiqətləri dərk edə bilməz hala gəlir. Ayələrdə təsvir olunanları anlamır, doğruları dərk etmir. Etdikləri əməllərin qarşılığı olaraq onu necə bir sonun gözlədiyini belə dərk edə bilmir.

Allah ayələrində dünya həyatını axirətdən üstün tutanların, ayələri qüvvədən salmaq üçün mübarizə aparanların, Allaha qarşı yalan uyduranların, yalnız nəfsinin istəklərini yerinə yetirənlərin, iman gətirdikdən sonra küfrə sapanların, mübarizədən geri qalanların və imkanlı olduqları halda Allah yolunda infaq etmək istəməyən şəxslərin qəlbinin, qulaqlarının və gözlərinin möhürlənəcəyindən və üzərlərinə bir ağırlıq çökəcəyindən bəhs edir. Həmçinin ayələrdə bu insanların cəhənnəm əhli olduğu da bildirilir:

Allah onların qəlbini və qulaqlarını möhürləmiş, gözlərini də pərdələmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 7)

Onlar, Allahın qəlbini, qulaqlarını və gözlərini möhürlədiyi kəslərdir. Onlar əsil qafillərdir. Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır! (Nəhl surəsi, 108-109)