Xurafatçı məzhəbçilərin Qurana zidd hökmlərindən biri də “Qul haqqı” uydurmasıdır. Hətta bu barədə saxta hədisləri də qəbul edirlər, onlardan biri də bu saxta hədisdir:
Qul haqqı üçün Uca Allah buyurur: “Mənim yanıma hər şeylə gəlin, bağışlayaram. Ancaq qul haqqı ilə gəlməyin, onu mən yox, qulum bağışlayar”.
Bu qədər məntiqsiz və Allaha hörmətsiz bir sözü necə dillərinə gətirirlər? Hökm verən və insanları mühakimə edən sadəcə Allahdır. Quranı səthi bilməyin nəticəsidir hamısı, zatən Allah Quranda açıq ayədə deyir ki, cənnət əhli vəfat etdiyi anda cənnətə girir, Allah onları mühakimə etmir. Xurafatçılara görə isə axirətdə başqa adamlar mühakimə edəcəklər.
Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” – deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir. (Nəhl surəsi, 32)
Quranda tək bir ayədə belə “Qul haqqı” olmadığı halda bu qədər anormal, Allaha hörmətsiz bidatları öz saxta, müşrik dinləri olan məzhəblərə əlavə edərək, insanları islam adı ilə aldadaraq, Allah adından yalan danışırlar.
…Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali İmran surəsi, 75)
…Onlar, oxuduqlarının Allah dərgahından olduğunu deyərlər. Halbuki o, Allah dərgahından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali İmran surəsi, 78)
Bundan sonra kim Allaha qarşı yalan uydurarsa, onlar əsil zalımlardır. (Ali İmran surəsi, 94)
Allah bağışladıqdan sonra qul haqqı necə ola bilər? Ona qalsa Peyğəmbərimizdən da şikayətçi çox insan var idi. Münafiq və müşriklər ona düşmən idi. Bunlar “Heç vaxt haqqımı halal etmərəm” dedilər deyə, sevgili peyğəmbərimiz cəhənnəmə gedibdir? Buna görə də, Allahın nə dediyi əsasdır. Allah bir şeyə hökm verdikdən sonra qulun onu təsdiq etməsinə gərək yoxdur. İnsanları ilah edirlər bu formada. Sanki insanlar həm Allaha cavab verəcək, həm də, “qul haqqı”na görə digər insanlara cavab verəcəklər? Allahdan qeyrilərini ilah edirlər bunu deməklə. Xurafatçı məzhəbçilər bu qədər məntiqsiz və Qurana zidd bir şeyi qəbul edirlər. Məntiq pozğunluğu yaşayırlar.
Maddənin əslini və taleni dərk edən zatən anlayar ki, insanların iradələri yoxdur, hər şey taledə baş verir. Sizə qarşı haqsızlıq edən adam da zatən öz iradəsi ilə etmir bunu, ona taledə nə yazılıbsa ancaq onu edir. Onsuzda gördüyümüz hər şey yuxuda xəyali görüntüdür, real deyildir, bu cahil insanlar görüntüyə ilişib qalıblar və reallıqdan uzaqdırlar.

