Qorxu xüsusi olaraq yaradılıb

Allah bir ayədə qorxu ilə sınadığını bildirir. Qorxu burada imtahan üçün xüsusi yaradılıb. İnsan küçədə hər hansı bir şeydən qorxar, avtomobildə olarkən qorxar, iş yerində nədənsə qorxar, ölümdən, yaralanmadan, xəstəlikdən, işlərin tərs getməsindən, tələ qurulmasından və digər bir çox şeydən qorxar. Amma Cənnətdə qorxu yoxdur, kədər də yoxdur. Allah möminlərə Cənnətə “salamatlıqla” girin deyir. Allah bir ayədə də möminlərin Cənnətdə ikən bir-birlərinə “Salam” dediklərini bildirir. Çünki Allah Cənnətdə mənfi olan hər şeyi aradan qaldırıb. Mənfi şeylər bu dünyada xüsusi olaraq yaradılıb.