Allah insanlara bütün həyaı boyunca Özünə itaət etməyi, gözəl əxlaq göstərməyi, xeyir işlərdə yarışmağı və Özünün razılığını qazanmaq məqsədilə saleh əməllər etməyi əmr etmişdir. Lakin heç kim etdiyi bu əməllər nəticəsində qəti olaraq cənnətə gedəcəyinə əmin ola bilməz. Buna görə də insanın imanı nə qədər güclü, Allaha bağlılığı nə qədər möhkəm olsa da, o, hər zaman ümid və qorxu hissləri arasında yaşayar.
Bir tərəfdən cəhənnəm əzabından qorxaraq bəndə kimi etdiyi səhvlərə görə bağışlanma diləyər. Digər tərəfdən isə Allaha səmimi şəkildə iman etdiyi üçün Allahın onun səhvlərini bağışlayacağını güclü şəkildə ümid edər. Allahın mərhəmətinə və bağışlayıcılığına sığınar, nöqsanlarını aradan qaldırması üçün səmimiyyətlə dua edər. Hesab günündə Allahın onun haqqında hökmünü öyrənənə qədər həm cəhənnəmə düşmək qorxusunu, həm də cənnətə qovuşmaq ümidini birlikdə yaşayar.
Quranda peyğəmbərlərin də Allaha bu şəkildə qorxu və ümid içində dua etdikləri bildirilir:
Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər. (Ənbiya surəsi, 90) etdiklərindən bəhs edilir?

