Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir.
Yeri hər tərəfdən əhatə edən atmosfer həyat üçün çox mühüm funksiyaları yerinə yetirir. Yerə yaxınlaşan böyük və kiçik meteoritləri parçalayaraq məhv edir və onların Yerin səthinə düşərək canlılara zərər verməsinin qarşısını alır.
Göy üzünə baxan insanların çoxunun ağlına atmosferin qoruyucu quruluşu gəlmir. Bu quruluş olmasaydı, Yer kürəsinin necə bir yer olacağı da çox vaxt düşünülmür. Yuxarıdakı şəkildə Yer üzünə düşən bir meteorun Amerikanın Arizona ştatında açdığı nəhəng çuxur göstərilmişdir. Əgər atmosfer olmasaydı, bu meteordan milyonu Yer səthinə düşər və planet yaşanılmaz hala gələrdi. Ancaq atmosferin qoruyucu xüsusiyyəti sayəsində Yerdəki güvənlik içində həyatlarını davam etdirirlər. Bu, əlbəttə ki, Allahın insanlar üzərindəki qorumasıdır və Quranda xəbər verilmiş möcüzədir.
Atmosfer həm də kosmosdan gələn və canlılar üçün zərərli şüaları da süzür. Maraqlısı budur ki, atmosfer təkcə zərərsiz işıqları, yəni görünən işığı, infraqırmızı şüaları və radiodalğaları yer üzünə buraxır. Bunların hamısı həyat üçün lazımlıdır. Məsələn, atmosferin müəyyən miqdarda keçirdiyi ultrabənövşəyi şüalar bitkilərin fotosintez prosesini həyata keçirməsinə kömək edir. Günəşdən yayılan güclü ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yerin səthinə həyat üçün lazımlı olan az qismi gəlib çatır.
Atmosferin qoruyucu xüsusiyyəti bunlarla məhdudlaşmır. Yer kosmosun -270 dərəcə C dondurucu soyuğundan atmosfer sayəsində qorunur.
Yeri zərərli təsirlərdən qoruyan təkcə atmosfer deyil. Atmosferlə yanaşı, “Van Allen qurşaqları” adlanan və Yerin maqnetik sahəsi nəticəsində əmələ gələn təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini yerinə yetirir. Günəşdən və digər ulduzlardan yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez baş verən və “partlayış” adlanan enerji partlayışları Van Allen qurşaqları olmasa, dünyadakı bütün həyatı yox edər.
Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini dr. Hyu Ross (Hugh Ross) belə izah edir:
“Yer Günəş sistemindəki planetlər arasında ən çox sıxlığa malikdir. Bu böyük nikel-dəmir nüvə, böyük maqnetik sahə əmələ gətirir. Bu maqnetik sahə Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat mümkün olmazdı. Maqnetik sahəsi olan və qayalıqlardan ibarət digər planet Merkuridir. Lakin bu maqnetik sahənin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi ancaq Yerə məxsusdur.”
Keçən illərdə aparılmış hesablamalara əsasən, bir partlayış nəticəsində əmələ gələn enerji Xirosimaya atılan 100 milyard atom bombasına bərabərdir. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində ifrat hərəkətlər müşahidə olunmuş, Yerin atmosferinin 250 km üstündə temperatur birdən-birə 2.500 dərəcə C-yə qalxmışdır.
Qısaca desək, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrə qarşı qoruyan mükəmməl sistem işləyir. Dünyanı əhatə edən göy üzünün bu qoruyucu qalxan xüsusiyyətini Allah bizə əsrlər əvvəl Quranda bildirmişdir.

