Bəzi insanlar var ki, hər kəs tərəfindən sevilirlər. Bu sevginin əsas xüsusiyyəti odur ki, bu insanlar “olduqları hər yerdə, hami mövqeyində olurlar”.
Hami – qoruyan, nəzarət edən mənasını verir. Bu əxlaqı göstərən insanlar olduqları hər mühitdə şəfqətli, mərhəmətli, diqqətli və himayə edən olub, ən çox diqqətli olan və bu xüsusiyyətləri öz üzərində ən dərin yaşayan insanlardır.
Heç kim bu insanları “sən olduğun yerdə bütün insanları qorumaqla, baş vermiş hər problem həll etməklə və bütün məsuliyyəti öz üzərinə götürməklə məsulsan” deyərək vəzifələndirməyib. Ancaq bu insanlar vicdanlı, məsuliyyətli, şəfqətli, sevgi dolu olduqlarına görə bu işi səssiz-sədasız öz üzərinə götürərlər. Ancaq əlbəttə ki, “mən belə bir vəzifəni öz üzərimə götürdüm, sizi qoruyacağam, hər kəsə sahib çıxacağam” kimi bir açıqlama da verməzlər. Sadəcə hadisələr öz-özünə baş verdikcə, imanları və əxlaqından qaynaqlanan bu xarakteri daimi olaraq göstərərlər.
Hami əxlaqlı olmaq bir çox məsələnin və bir çox insanın məsuliyyətini öz üzərinə götürmək deməkdir. Əlbəttə ki, hami xarakterli olmaq heç nəyin məsuliyyətini öz üzərinə götürməyən bir insanın vəziyyətindən daha çətindir. Bu işin səhv etmək, doğru qərar verə bilməmək, bir çox insanın nəfsini qarşısına almaq və ya hər kəsi eyni anda razı sala bilməmək kimi riskləri də vardır. Ancaq sahib olduqları dərin vicdan və Allah qorxusuna görə bu insanlar belə risklərini də nəzərə alırlar. Allah rizası üçün müsəlmanların ehtiyaclarını və problemlərini həll etməyi öz rahatlıqlarından daha üstün görürlər.
Adı bəlli olmayan, ancaq hər kəsin fərqinə vardığı bu insanların göstərdikləri davranış “Allahın rizasına ən uyğun əxlaqdır”. Çünki müsəlman imanlı və vicdanlı olduğuna görə heç vaxt ətrafında baş verən hadisələri sadəcə seyr etməklə kifayətlənməz. Yanındakı insanların bir xəstəliyi, yorğunluğu, iman zəifliyi, möminlər arasındakı anlaşılmazlıq, baş vermiş hansısa çətinlik və sıxıntı bu insanların “ilk növbədə sahibləndikləri” mövzulardır.

