«Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar…» («Taha» surəsi, 124)
«Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini sanki göyə çıxan kimi daraldıb sıxıntıya salar. Allah iman gətirməyənlərə pisliyi belə edər!» («Ənam» surəsi, 125)
Din əxlaqı yaşamayan insanların Allaha etibar edib təslim olmaması onların öz həyatını həmişə qəm-kədər, sıxıntı və stress içində keçirməsinə səbəb olur. Buna görə də onlar kökü, əsasən, psixoloji amillərlə bağlı olan xəstəliklərə düçar olurlar. Bədənləri çox sürətlə qocalır, qısa müddətdə yaşlanıb çökürlər. Yaşadıqları ruh düşkünlüyünün təsiri özünü bədənlərinin hər yerində büruzə verir.
Möminlər isə psixoloji cəhətdən sağlam olduqlarından və ümidsizliyə, stressə, depressiyaya və bədbinliyə düşmədiklərindən cismən də daha sağlam və gümrah qalırlar. Belə şəxslərin Allaha təvəkkül və etibar etməsinin, hər şeyə xeyir nəzəri ilə baxmasının, Allahın onlara müjdələrinin sevincini yaşamağın müsbət təsiri özünü onların fiziki xüsusiyyətlərində də göstərir. Təbii ki, bu söylənənlər dini həqiqi mənası ilə qavrayan və vicdanını tam gücü ilə işlədərək Quran əxlaqını haqqı ilə yaşayanlara aiddir. Əlbəttə, onlar da xəstəliklərə düçar olur və təbii olaraq qocalırlar, ancaq bu vəziyyət başqaları kimi psixoloji səbəblər üzündən çökmək deyil.

