İslam əxlaqı, inanc mövzusunda insanlara tam azadlıq tanıyır. İslamın vəhy edildiyi dövrdən günümüzə qədər keçərli olan bu anlayış, İslam əxlaqının təməlini meydana gətirmişdir.
İslam əxlaqına görə insan istədiyi inancı seçməkdə azaddır və heç kim bir başqasını inanc mövzusunda məcbur edə bilməz. Müsəlman İslam olmasını tələb etdiyi insana yalnız təbliğ edərək, Allahın varlığını, Quranın Allahın haqq kitabı, hz. Məhəmməd (s.ə.v)-in isə Onun elçisi olduğunu, axirətin və hesab gününün varlığını, İslam əxlaqının gözəlliklərini izah etməklə məsuldur. Amma bu məsuliyyəti yalnız din əxlaqını izah etmə ilə məhduddur. Allah Quranda bu vəziyyəti belə bildirir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)
İslam dini izah edildiyi zaman insan öz istəyiylə iman edər, heç bir təzyiq, ya da məcburiyyət altında qalmadan qərar verər. İnsan doğrunu, ya da səhvi seçməkdə azaddır. Əgər səhv seçimi etsə axirətdə bunun qarşılığını alacaqdır.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki məlumatlara görə Qızıl əsrdə, Quran əxlaqının bir gərəyi olan bu fikir azadlığına söykənən anlayış bütün cəmiyyətlərə hakim olacaq. Bunun nəticəsində isə siyasi çəkişmələr tamamilə ortadan qalxacaq, dostluq və sevgi içərisində tam bir demokratiya mühiti meydana gələcək. Başqalarına zərər verməmək şərti ilə hər cür inanc azad şəkildə yaşanacaq, iğtişaşlar və qarşıdurmaya səbəb olmadan hər kəs fikrini istədiyi kimi bəyan edə biləcək.

