Allah bizimlə insanları necə şirk ədavətindən (düşmənliyindən) qurtararaq, onların ürəklərinə ülfət və sevgi yerləşdirmiş və din qardaşı etmişsə, Mehdi ilə fitnə ədavətindən qurtaracaq və qardaş edəcəkdir. (Taberanidən, Heysemi, cild VII, səh. 317; Nuaym ibn Hammad, vr 52b; Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 20)
Necə bizimlə, onlar aralarındakı şirk və ədavətdən xilas olmuş və ürəklərinə ülfət və məhəbbət yerləşdirmişsə, (onun gəlişiylə) yenə elə olacaq. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 20)
Mənim övladımdan Məhəmməd ibn Abdullah (Mehdi) ilə Cənabı Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəkləri fərahlayar. Əcəm və Ərəb millətləri arasında ülfət və məhəbbət yerləşər. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 66)

