“Ümmətimin sonunda elə bir dövlət rəisi olacaq ki, ovuc-ovuc mal və pul toplayacaq və bu malı adəti üzrə tək-tək saymayacaq”. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 433)
Hz. Mehdi (ə.s) insanlara malı və əşyanı paylayarkən, saymadan bol-bol verəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24)
…Yer üzü içindəki xəzinələri çölə atacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 45)
…Yer, içərisində gizlətdiyi bütün zənginliklərini, qızıldan və gümüşdən sütunlar halında çölə atacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 464)
Məryəm oğlu (İsa) enər və Dəccalı yox edər. Ondan sonra qırx il bol nemət içində yaşayarsınız. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 90)
Hər tərəfdə yemək qazanları qaynayacaq, misli görünməmiş bolluq yaşanacaq, mala rəğbət olmayacaq. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 66)
Hz. İsa (ə.s)-ın zəkatı tərk etməsi də, malın bolluğu və zəkata möhtac olan kasıbın qalmamasından ötrüdür. (Sünen-i İbn-i Mace, 10/339)
İnsan bir qab buğdanı öküzsüz və sapandsız əkəcək, qarşılığında yeddi yüz qab buğda götürəcək. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 184)
Artıq o gün (elə bolluq olar ki, 10-la 40 insan arasında) bir camaat tək bir nar meyvəsindən yeyib doyarlar və o nar qabığı ilə də kölgələnər. Südlərə də Allah tərəfindən o qədər bərəkət verilər ki, təkcə bir süd verən dəvənin südü böyük bir insan cəmiyyətinə mütləq kifayət edər. Bir süd verən inəyin südü insanlardan bir qəbiləyə mütləq kifayət edər. Bir süd verən qoyunun südü qohumlardan ibarət bir nəslə mütləq kifayət edər. (Ölüm-Kıyamet-Ahiret, səh. 493)

