Qızıl Əsrdə Fərqli Dinlər Arasındakı Sülh Və Tolerantlıq Necə Olacaq?

İslam dini, insanları dini inanclarını seçmədə azad buraxarkən, digər dinlərə hörmətli olmağı əmr edər. Bir insan Quranda batil olaraq təsvir edilən bir inanca sahib olsa da belə, Quran əxlaqını yaşayan insanlar arasında hüzur və barış içində yaşaya bilər. Öz inanclarına görə ibadətlərini azad şəkildə yerinə gətirə bilər. Heç kim bir başqasını öz dininin ibadətlərini yerinə yetirməyə mane ola bilməz. Ya da bir insanı istədiyi şəkildə ibadət etməyə məcbur edə bilməz. Bu İslam əxlaqına ziddir və Allahın razı olmadığı bir davranış formasıdır. İslam tarixini araşdırdığımızda Peyğəmbərimiz (s.ə.v)-in dövründə də hər kəsin azad şəkildə ibadət edə bildiyi, inanclarının gərəklərini yerinə gətirə bildiyi bir cəmiyyət modelinin hakim olduğu görülür. Quranda Əhli Kitabın ibadət yerləri olan monastır, kilsə və sinaqoqlardan da Allahın qoruduğu ibadət məkanları olaraq bəhs edilir:

…Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Həcc Surəsi, 40)

Peyğəmbərimiz (s.ə.v)-in həyatında bu əxlaqın bir çox nümunəsinə rast gəlinir. Peyğəmbərimiz (s.ə.v), onunla görüşməyə gələn Xristianların öz məscidində ibadət etmələrini söyləmiş və bu iş üçün məscidi onların istifadəsinə buraxmışdır. (Əli Bulaç, Müasir anlayışlar və nizamlar, İz nəşriyyat, 16-cı nəşr, İstanbul, 1998, səh. 241) Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı xəlifələr dövründə də bu tolerant anlayış qorunmuşdur. Şam fəth edildiyi zaman, məscidə çevrilən bir kilsə ikiyə bölünmüş, bir yarısında xristianlar, o biri yarısında müsəlmanlar ibadət etmişlər. (Əli Bulaç, Müasir anlayışlar və nizamlar, İz nəşriyyat, 16-cı nəşr, İstanbul, 1998, səh. 241)

Hədislərdə bütün xalqların sülh və hüzur içərisində yaşadıqları Əsri Səadət dövrü kimi, hz. Mehdi dövründə də eyni tolerant anlayışının hakim olacağı bildirilir. Bu məlumatlara görə müsəlmanlar ilə xristian aləmi arasında qarşılıqlı tolerantlığa söykənən qardaşlıq, şəfqət və mərhəmət anlayışı meydana gələcək. Xristianların və yəhudilərin bütün ibadət yerləri, sinaqoqlar, kilsələr və vəqfləri qoruma altına alınacaq, kilsə açmaq istəyənlərə, dini inancları istiqamətində tələbdə olanlara, ibadətlərini yerinə yetirmək istəyənlərə imkan veriləcək. Bütün xristianların və yəhudilərin özləri üçün müqəddəs sayılan torpaqlarında sülh, hüzur və təhlükəsizlik içində yaşamaları təmin ediləcək, hər cür problem sevgi, hörmət və tolerantlıq anlayışı ilə, asanlıqla həll edilə biləcək, bütün xalqlar bir-birləriylə uyğunluq və dostluq içərisində həyatlarını davam etdirə biləcəklər.